Uçan sincab kuskus
Bir çox xırda heyvanlar kimi, uçan sincab kuskus temperatur deyişikliyinə çox həssaslıqla reaksiya verir. İsti havada Avstraliyanın evkalipt meşələrinin bu sakini özünü çox gözəl hiss edir. Ancaq soyuq, çiskinli günlərdə yuvasına girib yatır və əlverişsiz dövrün keçməsini gözləyir.
Gündüzlər kuskusa nadir hallarda rast gəlinir. Bu heyvanlar gecələr ov etməyi xoşlayır və müxtəlif həşərat və onların sürfələri ilə qidalanırlar. Bu heyvancığaz kuskuslar ailəsinin ən kiçik nümayəndəsidir. Onun bədəninin uzunluğu 6-7 sm-dir, quyruğu isə qəribədir, hərdən onun ölçüsü bədəninin ölçüsünü keçir (6-9 sm). Bu cür uzun, daraqlı quyruğun vasitəsilə o ağacdan-ağaca qonur.
13.12.2019