Əlincəqala
Əlincəqala Naxçıvanın - Culfa rayonunun Xanəgah və Əlincə kəndlərinin əhatəsində, Əlincəçayın sağ sahilində eyniadlı dağın zirvəsində yerləşir. Əlincəqala Naxçıvan torpağının memarlıq baxımından ən maraqlı dağ qalalarından biri sayılır. Naxçıvan şəhərindən Əlincəqalasına getmək üçün 25 km avtomobillə, təxminən 2 km-də piyada yol getmək lazımdır.
Qala 14 il Teymurləngin qoşunları tərəfindən mühasirədə qalıb. Teymurləng oğlu Miranşah qalaya göndərsə də, o, qalanı ala bilməyib. Əmir Teymur 1386–1401-ci illərdə Əlincəqalaya 4 dəfə yürüş etmişdir. 1387 – 1392-ci illərdə Əlincəqala müdafiəçiləri Teymurun Azərbaycanda olmamasından istifadə edərək, 4 dəfə Təbrizə hücum etmiş və bunların üçündə (1388, 1390, 1391) şəhəri azad edə bilmişlər.
"Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə tutulmuşdur. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil olunub.
21.12.2019