Hericium Erinaceus
Hericium Erinaceus – nadir göbələk növüdür. Qəribə formasına və görünüşünə baxmayaraq, nəinki faydalı, həmçinin çox dadlıdır. Onu “saqqalı göbələk”, yaxud da «aslan göbələyi» də adlandırırlar. Göbələk dad cəhətdən krevet dadı verir. Tibbdə isə immunitet stimulyatoru kimi istifadə olunur. Canlı ağaclarda, odunlarla, parçalanmış köklərdə, budaqlarda yetişir.
Göbələyin görünüşü armud şəklindədir. Səthi uzaqdan "xəz" kimi görsənən tüklü böyümələr ilə örtülüdür, buna görə də göbələyi bəzən heyvana bənzədirlər.
Göbələk əsasən palıd gövdələrində, bəzən isə fıstıq və ya ağcaqayın ağaclarının gövdəsində yetişir. Coğrafi cəhətdən Amur bölgəsində, Xabarovsk və Primorsk ərazilərində, Çinin şimalında, Qafqazın ətəklərində və Krımda rast gəlinir.
21.12.2019