Uran
Günəş sisteminin yeddinci planeti olan Uran çox soyuq və küləkli planetdir. Onun orbitində müxtəlif forma və ölçülərə malik 27 peyk dövr edir. Onlardan 5-i kifayət qədər iridir.
Uranın formalaşma dövrü 4.500 milyon il bundan əvvələ gedib çıxır. Planet formalaşarkən ətrafda olan qaz və tozu özünə dartmağa başlamışdır. Uran öz qonşusu Neptun kimi də o Günəşə yaxın yerdə yaranmışdır və 4 milyon il bundan əvvəl sistemin kənarlarına doğru hərəkət etmişdir. Və indi günəşdən yeddinci yerdə dayanır.
Uran 1781-ci ildə ingilis astronomu Uilyam Qerşel tərəfindən kəşf edilib. Baxmayaraq ki o, Uranı komet və ya ulduz hesab etmişdir bu kəşf onun adına yazılmışdır. İki ildən sonra bu cism Johann Elert Bodenin müşahidələri sayəsində yeni planet kimi qəbul edilmişdir. Bu planetə adı da məhz Johann Bode vermişdir. Uran yunan əfsanələrində səma allahı adını daşıyırdı.
Radiusu 25,362 mil olan Uran Yerdən 4 dəfə boyükdür. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Uran nə az nə çox tenis topu boyda olardı.
Günəşdən 2.9 milyard km məsafədə olan Uran ondan 19.8 astronomik vahiddə (qısaca AV) yerləşir. Bir AV günəşdən Yerə qədər olan məsafədir. Bu məsafədən günəşin şüaları Urana 2 saat 40 dəqiqəyə çatır.
Uranda bir gün 17 saat çəkir. Bununla belə Uran orbiti ətrafında 84 Yer ilinə (30,687 günə) dövr edir.
Uran yeganə planetdir ki, onun ekvatoru şaquli vəziyyətdədir. Planet orbitinə münasibətdə oxu ətrafında 97.77° altında fırlanır.
Uran yeganə iki planetdən biridir ki, oxu ətrafında tərsinə fırlanır.
Günəş sistemimizin kənar bucaqlarındda olan Uran iki planetdən biridir. Həcmin çox hissəsi, demək olar ki 80%-dən bir az çox, sıx maye halında olan materialdan ibarətdir. Planetin nüvəsi çox kiçik daş-qayadan ibarət olan bir nüvədir. Nüvədə hərarət 4,982°C qədər qalxır. Uran diametrə görə Neptundan böyük olsa da, kütlə etibarilə ondan kiçikdir. Sıxlığına görə qaz planetləri sırasında ikinci yerdə dayanır. Bu göstəriciyə görə Saturn axırıncı yeri tutur.
Uranın mavi-yaşıla çalan rəngi atmosferdə olan metan qazına görədir.
Uranın atmosferi hidrogen, helium, bir az metan yerdə qalanı isə su və amiakdan ibarətdir. Metan Uranın atmosferini mavi rəngə boyayır.
Uranın atmosferini ilk dəfə Voyacer 2 kosmik aparatı 1986-cı ildə müşahidə etmişdir. Ancaq sonrakı müşahidələr onu göstərir ki, Uranda hərəkətdə olan buludlar vardır. Vaxtaşırı bu buludlar rəngini dəyişir, gah parlaq olur gah da tündləşırlər.
Planetin səthində ən ekstrimal hərarət –224.2°C-dir. Bu onu günəş sistemimizdə ən soyuq planet edir.
Külləyin sürəti saatda 900km-ə çatır. Küləklər ekvatorda planetin oxu ətrafında fırlanmasının əksinə doğru əsirlər. Ancaq planetin qütblərində küləklər düz istiqamətdə, planetin fırlanmasıyla eyni istiqamətdə əsirlər.
Uranın 27 peyki vardır. Uranın bütün peykləri demək olar ki yarı buz, yarı da daş-qayadan ibarətdir. Planetin uzaq peykləri belə güman olunur ki, ələ keçirilmiş asteroidlərdir.
Uranın iki komplekt halqası vardır. Daxili halqalar 9 dənədir. Rəng etibarilə boz rəngdədir. Və iki dənə xarici halqaları və üçüncü xarici halqa Saturnun E halqası kimi qırmızı rəngdədir.
Uranın halqalarının adları belədir: Z, 6, 5, 4, Alfa, Beta, Eta, Gamma, Delta, Lambda, Epsilon, Nu və Mu. Bəzi halqalar nazik tozla əhatə olunmmuşdur.
Uranın qeyri adi maqnitosferi vardır. Normalda planetin maqnit sahəsi onun oxu ətrafında fırlanmasıyla üst-üstə düşür amma Uranda bu 90° olmaq əvəzinə 60°-dir.
Urandakı avroralar Yupiterdə, Saturnda və Yerdə bir xəttə olduğu halda bu planetdə qütbləriylə bir xəttə deyil. Ola bilsin bu maqnetik sahə ilə bağlı olan şeydir.