YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şafşavan

Şafşavan Mərakeşin şimal-qərbində yerləşən balaca bir şəhərdir. 1471- ildə qurulan şəhərin balaca bir qalası günümüzədək gəlib çatıb. Şəhər İspaniyanın xristianlar tərəfindən fəthindən sonra yəhudilərə və müsəlmanlara sığınacaq olub. 1920-ci ilə qədər bütün əcnəbilərə və xristianlara qapalı şəhər olub. 1920-ci ildə ispanların işğal etdiyi şəhər, 1956-cı ildən Mərakeşin idarəsinə verilmişdir. Bir dini inancın və ya adətin səbəb olduğu bu mavi şəhər turistlərə sanki səhrada dəniz havası yaşadır. Şəhərin adı qurulduğu dağın "Keçibuynuzu"na bənzəməsi ilə anlamı buynuz olan Chefchaouendən gəlməkdədir. Hamını maraqlandıran  bir sual var - şəhər niyə mavidir? Bu haqda müxtəlif rəvayətlər var.