YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Daş Balığı

Dünyanın ən zəhərli beş heyvanından biri olan daş balığı (Synаnсеiа vеrruсоsа) Hind və Sakit okeanlarında yaşayır. Bu qeyri adi dəniz canlısının belindəki 13 zəhərli tikan hər hansı bir canlıya toxunduqda onu iflic etmək gücünə malıkdir.


Yetkin daş balığının uzunluğu 35-50 sm-dir. Bu balığın əsas xüsusiyyəti - daşa bənzəməsidir. Dərisi tünd daş rənglərində olur. Suyun altında daşdan heç də seçilmir. Bədəni çıxıntılıdır. Olduqca böyük başda irəliyə doğru yönəlmiş kiçik gözləri və aşağıya doğru yönəlmiş iri ağzı var.


Daha çox qaya kənarlarında dayanan balıqlar bəzən 48 saat hərəkət etmədən ovunu gözləyə bilirlər. Daşa bənzədiyi üçün yanına sığınan kiçik balıqları yeyərək qidalanırlar. Statistikaya görə, daş balıqları bu günə qədər Sakit okean sahilində yaşayan bir neçə adamın ölümünə səbəb olub.


Təbii yaşayış mühitində daş balıq çox gizli həyat tərzi yaşayır, əksər zamanını dəniz dibində daşların arasında gizlənərək keçirir. Buna görə onların artma prosesi haqqında demək olar ki, çox az məlumat vardır.
Nisbətən orta ölçülü olmasına və tamamilə çaşdırıcı görünüşünə baxmayaraq, ölümcül daş balığın əti kulinariyada istifadə olunur. Balığın əti Yaponiya və Çində delikates sayılır. Şərq aşbazları daş balığın ətindən "Okoze" adlanan suşi hazırlayırlar.