YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kərtənkələlər

Dünyada hər bir ölçü və formada 3750 kərtənkələ növü vardır-xırda gekkondan tutmuş 3 metrlik komod əjdahasınadək (qanadlı kərtənkələ). Onların bəziləri qısa və düz, digərləri ayaqsız ilanabənzərdir. Bəziləri parlaq, digərləri solğun rənglidir. Kərtənkələlərin əksəriyyətinin tropiklərdə yaşamasına baxmayaraq, onlara soyuq iqlimli ölkələrdə də rast gəlmək olar.


Kərtənkələlərin böyük hissəsi həşərat, başqa sürünən və hətta kiçik maralları ovlayan yırtıcılardır. Kərtənkələlər ziyanverici həşəratların sayının tənzimləməsində böyük rol oynayırlar. Məsələn, ev gekkonu bir gecəyə bədən çəkisinin yarısı qədər həşərat yeyir. İri kərtənkələlər, məsələn, iquanalar bitki və meyvə ilə, Qalapaqoss adasından olan dəniz iquanası isə əsasən dəniz yosunları ilə qidalanır.


Çöl kərtənkələləri


Çöl kərtənkələsinin açıq yerlərdə ov etməsi üçün uzun və güclü bədəni var. Onlar Afrika, Asiya və Avstraliyada yaşayırlar. Ən iri çöl kərtənkələsi komod əjdahasıdır. 


Buynuzlu buqələmunun gözləri eyni zamanda müxtəlif istiqamətlərə baxa bilir. Buqələmun bir gözü ilə düşmənə baxmağa, digəri ilə isə qurbanını axtara bilir.


Divar kərtənkələsinin “adi” bədən quruluşu ov və gizlənmək üçün çox idealdır.


Ayaqsız kərtənkələlərin dar yerdə hərəkət etməsi üçün sürüşkən bədəni vardır.


Bu su əjdahası kənarlardan yastılanmış hündür quyruğu ilə fərqlənir. 


Buynuzlu səhra kərtənkələsinin yastı bədəni ona yırtıcılardan qorunmağa kömək edir.