YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qaspıralı Şəfiqə

Şəfiqə Qaspıralı 1886-cı il oktyabrın 14-də Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub. 

 

İlk qadın jurnalının baş redaktoru olan Şəfiqə Qaspıralı 20-ci əsrin əvvəllərində Çar Rusiyasında türklük şüurunun, çağdaşlaşmanın formalaşmasında müstəsna xidmətləri olan Azərbaycan qadınıdır. O, məşhur Krım tatar ictimai xadimi İsmayıl Qapıralının qızı, Azərbaycanın ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır.

 

Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gələn Şəfiqə xanım 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirib. Bu dövrdən etibarən artıq “Tərcüman” təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunub, sol düşüncəli Nəsib bəy Qaspıralı ilə fikir mübadiləsindən sonra millətçi görüşə sahiblənib.

 

1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə "Tərcüman" qəzetinin 25 illiyini keçirirlər. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edib. Lakin Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı şəkildə 1920-ci il mayın 31-də öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, ona Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilib, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edib.

 


Türkiyənin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilib. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparıb. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edib.

 


Övladlarına ali təhsil verib. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayıb. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirib.

 


Şəfiqə Qaspıralı 1975-ci ildə Türkiyədə vəfat edib.