YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yaddaş

Yaddaş insana fərdi həyat təcrübəsi toplamağa və nəticədə ondan istifadə etməyə imkan yaradır. İnsan yaddaşı – hər hansı bir vahid funksiya deyil. Onun fəaliyyətində müxtəlif proseslər iştirak edir. Üç tamamilə müxtəlif növ yaddaş mövcuddur: 1) sensor informasiyasının “bilavasitə izi” kimi; 2) qısamüddətli yaddaş; 3) uzunmüddətli yaddaş.

 

Sensor informasiyasının bilavasitə izi hissiyyat orqanlarının qəbul etdiyi dünyanın kifayət qədər dəqiq və tam şəklini özündə saxlayır. Şəklin saxlanma müddəti çox qısadır – 01 -0,5 saniyə.

 
Qısamüddətli yaddaş başqa tip materialı saxlayır. Bu halda saxlanan informasiya hadisələri sensor səviyyədə olduğu kimi tam dəqiqliyi ilə deyil, bilavasitə bu hadisələrin şərhini təsvir edir. 
 
 
Uzunmüddətli yaddaş – yaddaş sisteminin ən mürəkkəb və daha vacibidir. Sadalanan ilk yaddaş sistemlərinin həcmi çox məhduddur: birinci, saniyənin bir neçə onda birindən, ikinci, bir neçə yaddaş vahidindən ibarətdir. Uzunmüddətli yaddaşın həcmi isə praktiki olaraq məhdudiyyətsizdir.  Bir neçə dəqiqə müddətinə yadda qalan hər bir informasiya uzunmüddətli yaddaş sistemində yerləşəcək.
 
 
Yaddaşda üç proses fərqləndirilir: informasiyanın yaddaşa daxil edilməsi, onun yaddaşda saxlanması və təkrarlanması.
 
 
Yadda saxlanan materialın tipinə uyğun olaraq insan yaddaşı dörd növə bölünür:
 
1. Hərəkət yaddaşı, yəni hərəkət edən əməliyyatlar sistemini yadda saxlama və təkrarlama qabiliyyəti (avtomobili idarə etmək, hörük hörmək, qalstuk bağlamaq və s.).
2. Obrazlı yaddaş – hissi məlumatları saxlamaq və gələcəkdə istifadə etmək imkanı. O, (qəbuledici analizatordan asılı olaraq) eşitmə, görmə, lamisə, iybilmə və dadbilmə kimi təzahür edir.
3. Emosiya yaddaşı keçirdiyimiz hissləri, emosional vəziyyətin xüsusiyyətini və affektləri həkk edir. Böyük itin qorxutduğu uşaqda böyük ehtimalla böyüdükdən sonra da bu heyvana qarşı xoşagəlməz hiss davam edəcək (qorxu yaddaşı).
4. Verbal yaddaş (şifahi-məntiqi, semantik) yaddaşın yalnız insana xas olan ali növüdür. Əksər düşüncə fəaliyyəti və əməliyyatlar (sayma, oxuma və başqaları) onun köməyi ilə yerinə yetirilir.
 
 
Müxtəlif insanlarda bu və ya başqa yaddaş növü daha çox inkişaf edib: idmançılarda – hərəkət yaddaşı, rəssamlarda – obrazlı yaddaş və s.. İnsan yaddaşının qarşısına qoyulan əsas tələb informasiyanı uzun müddətə, itkisiz və etibarlı şəkildə qorumaqdır. Əla yaddaşa malik olmaq üçün mütəmadi olaraq məşq etmək lazımdır.