Üçtikanlı tikanbalığı
Üçtikanlı tikanbalığı- Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir. Uzunluğu 5-6, bəzən 10 sm-ə çatır. Bel üzgəcinin ortasında 3 iri tikan yerləşir.
Qarın üzgəcləri də tikan şəklindədir. Tikanbalıqları xırda xərçəngkimilər, həşarat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanır. Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3-5 il yaşayır. 3-4 ayda artıq cinsi yetkin balıqların ölçüsünə çatır. Qarın nahiyəsi gümüşü-ağ, baş və bel hissəsi isə tünd rəngdə olur.
Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılıb. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.
Bir yaşında cinsi yetişkənliyə çatır. Kürü tökmə aprel ayından iyul ayınadək davam edir. Kürütökmə prosesi olduqca maraqlı keçir. Erkək balıq su bitkilərindən xüsusi girişi və çıxışı olan yuva düzəldir. Dişi balıq isə öz kürülərini həmin yuvaya tökür və kürüdən sürfələr çıxanadək yuvanı qoruyurlar.
15.02.2020