YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yumru qurdlar

Adından göründüyü kimi, bu qurdların bədəni eninə doğru yumrudur. Yumru qurdlar arasında azad və parazit həyatı yaşayan növlər mövcuddur. Birincilərə demək olar ki, hər yerdə rast gəlinir. İkincilər isə öz “sahibi”nin (heyvanların və ya bitkilərin) bədənində yaşayırlar. 


Parazitlərin yumurtaları canlıların orqanizminə necə düşür? Bu, çox sadədir. Bəzən ləkdən qoparılmış xiyarın yuyulmadan yeyilməsi buna şərait yaradır. Bu vaxt əli yumaq, çirkli tərəvəzi yeməmək, ancaq qaynadılmış su içmək kimi həkim məsləhətləri başa düşülür. Belə məsləhətlərə əməl olunarsa, askaridizm kimi xəstəliklərdən müdafiə olunmaq mümkündür. 


Yumru qurdların tanınmış nümayəndələri- insana aid bij qurd və askariddir. Askaridin bədəninin uzunluğu 40 sm-ə qədər olur. Bu parazit insanın bağırsağında yaşayaraq ağır xəstəlik olan asksridoz yaradır. Yaş torpaqda inkişaf edən askaridin yumurtaları quraqlığa və soyuğa çox davamlıdır. Əlverişsiz şəraitdə onlar həyat qabiliyyətini 5 il saxlamaq iqtidarındadırlar.


Bij qurdun uzunluğu 1 sm-ə qədərdir. Bij qurdlar da insanın bağırsağında yaşayaraq ağır xəstəlik olan enterobioz yaradır.


Artma dövründə halqavari qurdların bəzilərinin, məsələn, nereisin xarici görünüşü kəskin surətdə dəyişir. Bədən iki hissəyə bölünür: qabaq hissənin görünüşü əvvəlki vəziyyətdə qalır, arxa hissə isə kəskin surətdə uzanır və cinsi hüceyrələrlə dolur. Sonra qabaq hissədən ayrılaraq okean suyunun üzərinə çıxır.