Göy zaban
Sənayedə göy zabanın yerüstü hissəsindən yun parçaları göy rəngə boyamaq üçün istifadə edilir. Bir çox qərb ölkələrində onu tərəvəz kimi də yetişdirirlər. Qida məqsədilə əsasən bitkinin təzə yarpaqlarından istifadə olunması daha geniş yayılıb. Çiçəkləri isə əsasən təzə və şəkərlənmiş halda tətbiq edilir.
Onu əczaçılıq sənayesində boqato da adlandırırlar və bunu iki cür izah edirlər. Birinci versiyaya görə, “boqato” ərəb dilində “abu raş” sözündən götürülüb, tərcümədə “tərin atası” mənası verir və bu, bitkinin güclü tərlədici təsiri ilə əlaqədardır. Digər versiyaya görə, onun adı “burra” sözündən götürülüb və latınca”kobud yun parça” deməkdir.
Maddələr mübadiləsini yaxşılaşdırdığına görə bir çox daxili orqanların xəstəliklərində diyetik qida kimi qəbul edilir. Revmatik, podaqrik və digər oynaq, sümük və əzələ ağrılarında da onun tətbiqi müsbət nəticələr verir. Bitki əsasında hazırlanan preparatlar böyrəküstü vəzin qabıq maddəsinə stimuledici təsir göstərərək adrenalin sintezini artırır və orqanizmi təbii olaraq tonuslandırır.
03.06.2020