Gəncə
Gəncə Respublikamızın ən qədim şəhərlərindəndir. O, Bakıdan sonra yurdumuzda ikinci ən böyük şəhərdir. Xalqımızın dahi şairi, dünya şöhrətli Nizami Gəncəvi Gəncə şəhərində doğulmuş və ölməz əsərlər yaratmışdır. Gəncə ta qədimdən bəri dünya ilə ticarət və mədəni əlaqələri olan mədəniyyət mərkəzi kimi tanınır.
Gəncə öz gözəl mənzərəli yerləri ilə də məşhurdur.
Dünyada ən gözəl göllərdən biri olan Göygöl Gəncədə yerləşir. Zəlzələ nəticəsində Kəpəz dağı uçub Ağsu çayının qarşısını kəsmiş və Göygöl əmələ gəlmişdi.
Gölün suyu təmiz və şəffafdır. Qayıqla gəzərkən gölün istənilən yerindən stəkanla su götürüb içmək olar.
Yayda minlərlə insanlar Göygölün gözəlliyini görmək üçün bura gəlirlər.
30.07.2020