YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqlar

Balıqlar onurğalı heyvanların ən müxtəlif növlü dəstəsidir. Bu dəstənin 25000 növü var ki, bu da suda-quruda yaşayanların, sürünənlərin, quşların və məməlilərin birlikdə növlərindən çoxdur. Bütün balıqlar suda yaşama tərzinə görə ümumi xüsusiyyətə malikdirlər. Suda yaşamaq balıqların bədən formasını, tənəffüs etmə üsulunu, qidalanmasını, artıb çoxalmasını təyin etmişdir. Bundan başqa balıqlar xüsusi “altıncı hiss” qabiliyyəti var ki, bu da başqa heyvanlarda yoxdur.

 

Yaşadıqları suyun temperaturu balıqlar üçün çox vacibdir. Təbii su hövzələrində temperatur çox müxtəlif ola bilər. Bu, su hövzələrinin yerləşdiyi yerdən və dərinliyindən asılıdır. Atlantik və Sakit okeanın dərinliklərində suyun temperaturu 4-5 °C-dən yuxarı qalxmır, lakin dərin su çökəklərində temperatur mənfi olur. Qütb dənizlərində dibdəki temperatur -2 °C-yə kimi aşağı düşür. Orada belə aşağı temperaturda su donmur, çünki tərkibi duzdan ibarətdir. Okean dərinliklərində su bir səviyyədə daima eyni temperaturda olur. Lakin sahilə yaxınlaşdıqca, xüsusən də çaylarda və göllərdə suyun temperaturu kəskin surətdə dəyişir. Belə su hövzələrində yaşayan balıqlar temperatur dəyişkənliyinə alışmışlar və ona görə də yayda da, qışda da özlərini yaxşı hiss edirlər. Balıqlar var ki özlərini qaynar suda əla hiss edirlər. Yeraltı qaynar bulaqlardan yaranan və temperaturu 45 ° C olan su hövzələrində angvilin xüsusi növü yaşayır. Kaliforniyanın dağ bulaqlarının sakini lukaniya balığı 50 ° C temperaturlu suda yaşayır.

 

Durna balığı, çömçə balığı, xanı balığı qışda 3 ° C, yayda 30 ° C temperatur suda yaşayır.

 

Dabanbalığı dibinə kimi donan göllərdə yaşayır və məhv olmur.

 

Çukotiya və Alyaskada dalliya balığı yaşayır. Qışda bu yerlərdə şaxta -45 ° C olur. Bataqlıqlar və çaylar tamamilə donur. Hətta dalliya balığı da buza çevrilir. Buna baxmayaraq, buza çevrilmiş bütün balıqlar məhv olmurlar. Yazda su hövzələri əridikdə məhv olmayan bu balıqlar ayılırlar və qısa qütb yayı ərzində yemlənib nəsil artıra bilirlər.

 

Alimlər balıqları 3 sinfə bölürlər- dəyirmiağızlılar (ilanbalığı, miksin), qığırdaqlı balıqlar (akula, skat), sümüklü balıqlar (alabalıq və bir çox başqa balıqlar).

 

Balıqlar yaşına görə onurğalı heyvanlar içərisində ən qədimdir. 1938-ci ildə Cənubi Afrika sahillərində təsadüfən nəsli çoxdan kəsilmiş pəncəüzgəcli balığa oxşar iri bir balıq tutmuşlar. Balıqçılar onu İst-Londondakı (yaxınlıqdakı liman şəhəri) yerli muzeyə gətirdilər. Orada onun uzunluğunu və çəkisini ölçdükdə məlum olmuşdur ki, ağırlığı 57 kq, uzunluğu 1,5 m-dir. Nəticədə zolaqlar kəllə sümüyü və skeletlə tanış olduqda məlum oldu ki, bu, həqiqətən də, milyon il qabaq nəsli kəsilmiş pəncəüzgəcli balıqlar sinfinə aiddir. Bu hadisə alimlər arasında əsl sensasiyaya səbəb oldu və onu latimeriya adlandırdılar.

 

Latimeriya balığının adı İst-Londondakı muzeyin əməkdaşı xanım Kortni Latimerin şərəfinə qoyulmuşdur. Bu xanım tutulan bu balıq haqqındakı məlumatın mütəxəssislərə çatdırılması üçün mümkün olan bütün səylərdən istifadə etmişdir. Tapıntı o qədər maraq doğurmuşdur ki, bu balığın başqa nüsxələrinin tapılması üçün fəal axtarışa başlanmışdır və böyük pul mükafatı təyin edilmişdir. Lakin latimeriya o qədər az rast gəlinən balıqdır ki, on altı il ərzində cəmi bir neçə nüsxə tutmaq mümkün olmuşdur. Axırıncı, sayca səkkizinci latimeriya balığı 1954-cü ildə tutulmuşdur.