YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqların müdafiəsi və maskalanması

Öz həyatlarını müdafiə etmək üçün balıqlar müxtəlif üsullara malikdirlər. Onların bəziləri yırtıcılardan və təqibçilərdən qaçmaq üçün sürətlə üzür, bəziləri isə hətta uçurlar. Eləsi də var ki, zireh və ya tikanlara malikdir. Asta üzən balıqları xüsusi rənglər və bədən formaları xilas edir. Maskalanmağa, gözə görünməz olmağa kömək edən rənglər balıqlarda himayəedici adlanır.


Su səthinə yaxın yerlərdə yaşayan balıqların rəngi göyümtül və yaşıla çalır. Su dibində yaşayanların rəngi isə qonur rəngli olur. Günəş şüası düşməyən okean dərinliklərində yaşayan balıqlar, əsasən, qara rəngli olurlar. Su bitkilərinin arasında yaşayan balıqların bədənini zolaq və ya ləkələr örtür. Belə rəng tonu onlara bitkilər arasında maskalanmağa kömək edir. Şirin su yırtıcıları xanı balığı və sıf balığının zolaqları könfələninədir. Durna balığının rəngi onun hansı suda yaşamasından asılıdır. Su bitkiləri arasında yaşayan durna balığının zolaqları daha qabarır bilinir.


Dağ çayı və bulaqlarının sakini marinka balığı ala-bəzək rəngə malikdir. İti axan suda, günəş şüalarının parıltısında bu balığın əlvan rəngləri maskalanmağa kömək edir.


Su bitkiləri arasında yaşayan fantastik bədən formasına malik dəniz atı adamı xüsusilə təəccübləndirir. Dəniz atı qırmızı yosunlar arasında tünd qırmızı, yaşıl kollar arasında-yaşıl, sarı bitkilər arasında isə sarı-yaşıl rəngə malik olur.


Boşqab kimi yastı olan qalxan balığı su dibində görünmür. Onlar qumun içərisinə girib gizlənirlər və rəngini ətraf mühitdən asılı olaraq, dəyişirlər. Parlaq qumlarda açıq rəng, tünddə isə tünd rəng alırlar. Əgər akvariumun dibində şahmat taxtası qoyub və ora qalxan balığını buraxsaq, bir müddətdən sonra o, dama-dama rəng alar.


Mərcan riflərində yaşayan tutuquşu-balığı maraqlı müdafiə üsuluna malikdir. O, yırtıcıları qorxutmaq üçün zəhərli selik ifraz edirlər. Rənglər “aldadıcı” da olur. Kəpənək balığının arxa hissəsində gözə oxşar ləkəsi var. Başdakı əsl göz isə qara zolaqla maskalanıb. Ona yırtıcı aldanaraq arxadan hücum etdikdə, balıq başqa səmtə üzərək qaçır.


Skorpen forma və rəngiylə yosunlar basmış daşı xatırladır. Bu maskalanmanın iki təyinatı var. Birincisi, yırtıcılardan gizlənir, ikincisi gizlənmiş skorpen xırda balıqlar tərəfindən görünməz olur və bu balıqlar da onun qidasına çevrilir.


Himayəedici rənglərlə yanaşı, xəbərdaredici rənglər də mövcuddur. Elə bil ki, belə balıqlar deyir: mənə toxunma, təhlükəlidir! Belə balıqlar tikanlı və zəhərli olur.


Balıqların müdafiə üsulları içərisində elektrik cərəyanı da var. Afrika çaylarında yaşayan elektrik naqqa balığı özünün müdafiəsi üçün elektrik “silahından” istifadə edir.


Neonlar yarımqaranlıq tropik “meşə” örtüklərində üzürlər və neon reklamları kimi görünürlər. Sürü balıqları, adətən, yaraşıqsız rənglərə malikdirlər. Onlar sürüdə bir-birini “xüsusi nişanə”lərlə tanıyırlar. Bu nişanələr əlvan nöqtədən, ləkədən, zolaqdan ibarətdir.