YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Balıqlarda simbioz

Təbiətdə balıqların başqa canlı orqanizmlərlə (virus və bakteriyalardan tutmuş, insanlara qədər) çox müxtəlif qarşılıqlı münasibətləri baş verir. Bəzi növ balıqlar başqa heyvanlarla o qədər sıx əlaqədədirlər ki, onlar bir-birindən ayrı yaşaya bilməzlər. İki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması simbioz adlanır. 


Çox da böyük olmayan parlaq rəngli təlxək balığı aktiniyanın zəhərli saçaqları arasında tamamilə azad üzürlər və onlardan artıq qalan yemlərlə qidalanırlar.


Təlxək balığı suyu hərəkət etdirdikdə əmələ gələn oksigen aktiniyanın nəfəs almasına kömək edir. Bundan başqa suyun axını ilə aktiniyalara xırda yemlər də çatır. 


Balıq və molyuskaların arasında simbiozun parlaq nümunəsi kərgə bablığıdır. Xarici görünüşünə görə bu balıqlar kiçik dabanbalığına oxşayır. Onlar yalnız 10 sm-ə qədər boy atırlar. Bu balığın əti acı olduğu üçün onu belə adlandırırlar. Kərgə balığı lil və bataqlıqda yaşamır. Məsələ burasındadır ki, təmiz suların sakinləri olan ikilaylı molyuskalar bu balıqların çoxalmasında çox böyük rol oynayır. 


Kərgə balığının çoxalması çox maraqlıdır. Kürü tökmə vaxtı dişinin toxumluğu 5 sm uzanır. Onun köməyilə dişi kürünü ikilaylı molyuskaların mantiya boşluğuna qoyur. Balıqqulağının etibarlı layları arasında mühafizə olunan kürülər, sonradan isə sürfələr inkişaf edirlər. Artıq formalaşmış balıq olduqda onlar çanağı tərk edirlər. Bu tək balıqlar üçün faydalı deyil. Molyuskalar da bundan öz xeyrini görür. Belə ki, kürü tökmə vaxtı molyuska da öz sürfələrini buraxır. Hər bir sürfə iti qarmaqcıqlarla təmin olunub və balığın dərisinə ilişirlər. Bu sürfələr yapışdıqdan sonra balığın qanını içərək inkişaf edirlər. Bir müddət vaxt keçdikdən sonra böyümüş molyuska sürfələri balıqdan ayrılaraq suyun dibinə düşürlər. Beləliklə, kərgə balıqları molyuskaların başqa yerlərdə məskunlaşmasına kömək edirlər. 

Təmizçilər balığın sifəti qarşısında görünməməyə çalışırlar ki, onlar ovçuluq hissiyyatı oyanmasın.


Düşmənlərdən (xırda xərçənglərdən, qurdlardan, dəriyə girmiş bakteriyalardan) canını qurtarmaq üçün əksər balıqlar krevet və quban kimi xırda balıqların xidmətindən istifadə edirlər. Belə təmizçilər özlərinə heç bir təhlükə yatamadan uzun növbəli “müştərilərə” xidmət edirlər. Bu “müştərilərə” arasında akula və muren kimi yırtıcılarda var. Parazitlər onları əldən saldıqda, balıqlar təmizçilərin məskunlaşdığı yerlərə gedirlər ki, onları bu bəladan qurtarsınlar.


Dəniz aktinasiya və çox da böyük olmayan parlaq rəngli təlxək-balığının simbiozu çox maraqlıdır. Aktiniya yırtıcıdır. Aktiniyanın saçaqları arasına düşən balıq zəhərli yandırıcı hüceyrələr tərəfindən yaralanır. Lakin təlxək balığı aktiniyanın zəhərli saçaqları arasında tamamilə azad üzərək və onlardan artıq qalan yemlərlə qidalanırlar. Ola bilsin ki, zəhərin təsirindən onları, bədənlərini örtən selik müdafiə edir. Aktiniyanın zəhərli saçaqları təlxək-balığı üçün etibarlı sığınacaqdır. Onun müdafiəsi altında, o, aktiniyanın altlığına kürü qoyur.