YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sənin bədənin

Yer planetində altı milyarddan çox insan yaşayır və onların hər biri özünəməxsusdur. Lakin xüsusilə qan dövranı və tənəffüs sitemi olmaqla, bütün insan bədənləri müəyyən oxşar xüsusiyyətlərə malikdir. Bədən sistemi bir-birilə qarşılıqlı əlaqədə işləyən toxuma və orqanlardan ibarətdir. 


Dəri, saç və dırnaqlar


İnsan dərisi, saçı və dırnaqları qoruyucu örtük əmələ gətirir və birlikdə insan bədəninin örtük sistemi adlanır. İnsan saçları və dırnaqları ən böyük orqan olan dərisdən inkişaf edir. Ölü dəri hüceyrələri daimi olaraq dərinin üz qatından təmizlənir.


Dəri insan bədənini örtür. O, tük hissəcikləri, sinir sonluqları, tər vəziləri və kapilyar adlanan kiçik qan damarcıqlarından ibarətdir. 


Maraqlı məlumatlar


1.İnsan saçı hər dörd həftə ərzində 6-8 mm və ya ¼ - 1/3 düym arasında böyüyür. 


2.Orta hesabla bir il ərzində insan bədənindən 0,5 kq və ya 1 funt ölü hüceyrə təmizlənir. 


3.Yetkin insan dərisinin çəkisi təqribən 5 kq və ya 11 funtdur. 


4.Dəri suya davamlıdır.


5.Əl dırnaqları ayaq dırnaqlarına nisbətən dörd dəfə sürətlə inkişaf edir.   


Sinir sistemi


Sinir sitemi beyindən, sümük iliyi, sinir və hiss orqanlarından ibarətdir. Bu, insan bədəninin etdiyi bütün hərəkətləri və bu hərəkətlərin çox hissəsini avtomatik olmaqla idarə edir. 


Sinir sisteminin əsas hissəsi insan beynində yerləşir.

 


Tənəffüs sitemi


İnsan üçün vacib olan oksigen qazını ağciyərlər çəkir və karbon qazı tullantılarını havaya buraxır. Bu sistem, həmçinin insanların danışmasını təmin edir. 


Tənəffüs siteminin əsas hissəsi ağciyərlərdədir. 


Skelet sistemi


Skelet sistemi insan bədəninin əsas quruluşunu təşkil edən hərəkətli skeletdir və daxili orqanları müdafiə edir. Yetkin insan bədənində 206 sümük var.


Təqribən 10-a qədər bədən sisteminin olmasına baxmayaraq, əzələ və sümük sisteminin bədən birləşməsi və bir sistem kimi adlandırılması səbəbindən dəqiq rəqəmləri demək çətindir. 


İnsan bədəninin hər bir hissəsi xüsusi funksiya yerinə yeririr. Əgər hər bir orqan öz funksiyasını normal qaydada icra etsə, bədənin ümumi sağlamlığını təmin edəcəkdir.


Əzələ sistemi


Əzələ sistemi insan sümüklərinə vətərlərlə bağlı olan əzələ, insan orqanlarındakı düz əzələlər və ürək əzələsindən ibarətdir. Əzələlər daimi olaraq onlara oksigen daşıyan və onların effektiv işləməsini təmin etmək üçün qan daşınmasını tələb edir. 


Ürək-damar sistemi


Ürək-damar sistemi qanın insan bədənində hərəkətini təmin edir. Qan oksigen və digər lazımi maddələri insan orqan və toxumalarına daşıyır və tullantı maddələrini insan bədənindən çıxarır. 


Həzm sistemi 


Qəbul edilən qidanı emal edərək, toxumalara lazım olan qida maddələrini çatdırır və tullantıları xaric edir. Ümumilikdə həzm sistemi uzun boru şəklindədir. 


Hər bir canlı tək hüceyrədən yaranır. İnsan bədəni ayrıca olaraq yalnız mikroskop altında görünə biləcək qədər milyonlarla kiçik ölçülü hüceyrələrdən ibarətdir. Hüceyrələr birlikdə toplanaraq toxumanı, onlar da orqanları əmələ gətirirlər. 


Epitelial hüceyrələri insan bədəninin xarici müdafiə qatını əmələ gətirir.


Yağ hüceyrələri əzələ şəklindədir. Onlarda dah çox yağ toplandıqca hüceyrələr genişlənir. 


Sinir hüceyrələri bütün orqanizmdən siqnalları beyinə geri ötürür. 


Düz əzələ hüceyrələrinə bağırsaq ətrafında rast gəlinir. 


Görmə sinir hüceyrələri gözdə yerləşir.