YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nanotexnologiya

Nanotexnologiya sözü atom ölçüsündə qurğuların inkişafını müəyyən edir. Alimlər bu yeni texnologiyadan istifadə etməklə cərrahiyyə əməliyyatlarında istifadə olunan nanorobotlardan insanları Aya apara biləcək nanomaterial qədər mükəmməl ixtiralar etməyə ümid edirlər.


Nano sözü milyardda bir deməkdir, yəni bir metr və ya 3 futda bir milyard nanometrin olması deməkdir. Yəni 100000 dəfə kiçikdir. 

 


Nanoqurğular


Alimlər karbon nanoborular adlanan qurğularla bağlı çox məmnundurlar. Bu kiçik karbon atomu boruları almazdan möhkəmdir və onlar enliklərinə nisbətən daha uzundurlar. Bu nanoqurğular metalla müqayisədə daha yaxşı elektrik ötürücüsüdür ki, bu da onları gələcək üçün ideal elektron edir.


Bir dairə içərisində toplanmış karbon və hidrogen atomları nanomaşının fırlanan hissələrində dayaq rolunu oynaya bilərdi. 


Alimlər artlq mikrometr ölçüsündə (metrin milyonda biri) maşın hissələri hazırlayırlar. 


1.Çəkisinə görə karbon nanoboruları qızıl və ya almazla müqayisədə daha bahadır. 


2.Gələcəkdə kompyuter və ya mobil telefonların hissələrinin yığılması üçün nanotexnologiyadan istifadə oluna bilər.


3.Nanoölçülü hissələrdən ibarət digər elekrtik qurğularının rəqəmsal ekranları və sensorları havada kimyəvi maddələri aşkar edə bilər. 


4.Alimlər DNT kimi işıq ölçüsü qədər kiçik ölçülü molekulları çəkmək üçün nanosensorların hazırlanmasına ümid edirlər.


5.Nanotexnologiya yalnız xərçəng hüceyrələrini hədəfləyən və spesifik mikrobları öldürən “ağıllı dərmanlar”ın istehsalında istifadə olunur.

 


Nanotexnologiya real həyatda


Alimlər artıq bir neçə yüz nanometr ətrafında olan elekrtik motorlar, qurğular və yaylar hazırlayıblar. Onlar gələcəkdə bu kiçik hissələri birləşdirərək  nanomaşınlar və nanorobotlar əldə edəcəklərinə ümid edirlər. Bu qurğular cərrahlara insan bədənini daxildən bərpa etməyə və ya qan dövranı üzrə hərəkət edərək zərərli mikrobları məhv etməyə imkan verə bilər. 

 


Gündəlik həyatda nanotexnologiya


Nanotexnologiyanın gələcək inkişafı elektron qurğular və robotlar kimi yüksək texnoloji sənaye ilə bağlı olacaq, hazırda bu texnologiya geyimdə kosmetik vasitə və tibb kimi sahələrdə geniş istifadə olunur. 


Nanohissələr Günəş şüasının bərabər yayılmasını təmin edir və dəridə ağ ləkələrin əmələ gəlməsinə imkan vermir.


Robot qarışqalar Alimlər mikrorobot arılardan istifadə etməklə arıların davranışını öyrənirlər. Nanotexnologiya robotların hərəkətlərini tənzimləyən kiçik elektron ətrafların hazırlanmasına imkan verir. 


Sukeçirməyən parça nanohissələr qatından ibarətdir. Sukeçirməz qata yaxınlaşdıqca demək olar ki, ideal mühit yaradır və parçadan geri itələnir. Damcılar üz səthindən itələndikcə çirki toplayır və bununla da, həmçinin parçanı təmizləmiş olur. 


Robot uçuşu real təyyarə ilə demək olar ki, eynidir, lakin robot daxilindəki elektron tərkib hissələri nanometr ölçülərindədir. 


Alimlər möhkəm nanomateriallardan istifadə etməklə hündür göydələnləri tikmək barədə düşünürlər. Karbon naoboruları mümkün variantlardan biridir. Bu borulardakı karbon atomları altıbucaqlı forma əmələ gətirərək güclülük və davamlılığı təmin edir. Mühəndislər karbon nanoborularından göydələnlərin tikintisində dəstək qurğusu kimi istifadə edə bilərlər. 


Nanoborulardan istifadə edərək insanları Yer kürəsindən Aya daşıya biləcək kosmik lift yaradılması çox mükəmməl bir fikirdir.