Robotlar
Robotlar insanların etdiyi işləri yorulmadan və sıxılmadan edə biləcək maşınlardır. Robotların bəziləri təhlükəli yerlərdə işləyir, digərləri isə süni zehni problemləri həll etməyə və təcrübəni öyrənməyə imkan verir.
Robotlarla əməliyyat
Cərrahlar insanların nəzarət etməsi üçün çox çətin olan əməliyyatları etmək üçün robotlardan istifadə edirlər. Onlar televizor ekranından əməliyyatın aparılması qaydalarını öyrənir və uzaqdan nəzarət ilə robotları istiqamətləndirirlər.
2001-ci ildə xəstənin öd kisəsinin çıxarılması əməliyyatında robotlardan istifadə olunmuşdu. Əməliyyat zamanı xəstə və robotlar Fransada olsa da, cərrahlar əməliyyatı ABŞ-dan idarə edirlər.
2003-cü ildə NASA Marsın səthinin öyrənməsi üçün iki robot maşını hazırladı.Robotlar insan astronomlarını nisbətən olduqca çətin ola biləcək şəraitdə işləyəcəklər.
Predator Drone ərazini müşahidə üçün istifadə olunan pilotsuz hava təyyarəsidir. Bu təyyarə uzaqdan peyk vasitəsilə yerdə olan pilot tərəfindən idarə olunur və iki Hellfire raketi ilə təmin olunub.
Bomba zərəzsizləşdirici aparat rəngli kamera, teleskopik qol və minalardakı partlayıcı hissələrin təhlükəsiz ayrılması üçün maşa ilə təchiz olunub.
ABŞ-da Massaçusets Texnologiya İnstitutunun mühəndisləri Kismet adlandırılan robot hazırlayıblar. Robot “üz”ünün hissələrini tərpətməklə insan mimikalarıını təkrarlaya bilir və insanlarla danışa və qarşılıqlı əlaqədə olaraq öyrənə bilir.
Xoşbəxt Kismet danışdığı insanların gülüşlərini təkrarlayaraq xoşbəxtlik kimi insan emosiyalarını ifadə edə bilir. Təəccüb Robot təcrübə nəticəsində bu mimikanı öyrənə bilər, lakin heç uyğun olmayan vəziyyətlərdə təəccüblü görünəcəkdir.
Robot heyvanlar
Sony şirkəti 2000-ci illərdə, yuxarıda göstərildiyi kimi, yəni 2004-cü ildə RoboCup futbol çempionatında meydanda olan AİBO adlanan it dizayn etdi. AİBO görə və eşidə, eyni zamanda müvazinət və toxunma hissi olan kompleks robotdur. Robot əsl it kimi hərəkət edir, davranır və topu izləyə bilir. Lakin Sony şirkəti kifayət qədər gəlir əldə edə bilmədiyindən, artıq AİBO robotlarının istehsalını dayandırıb.
Rombo robot vakuum təmizləyicisi 2002-ci ildə ABŞ şirkəti iRobort tərəfindən dizayn olunub. Bu robot mebel və divar kimi maneələri hiss edir və onlara toxunmaqdan yayınır.
Bəzi robotlar evdə ağır işlərin görülməsi, məsələn, çəmənliklərin təmizlənməsi üçün dizayn olunur. Robomou robotu sensorlardan istifadə edərək ağaclardan və ya qarşısında olan digər maneələrdən yayınır.
Sənaye robotları, xüsusilə maşın hissələrinin yığılmasında istifadə olunan robotlar eyni işi dəfələrlə təkrar görən, kompyuterlə idarə olunan maşınlardır. Onlar sürətli və diqqətli olmaqla yanaşı, insan qüvvəsi kimi yorulmur.
19.10.2020