Genlər və DNT
Eyni yumurta əkizlərindən başqa, hər kəsin bədəni yalnız ona məxsus bioloji təlimatlar və ya genetik koda uyğun təşkil olunub. Bu təlimatlar və ya genlər hüceyrələrdə toplanır və nəsildən nəslə ötürülür.
İnsanın genetik kodu 30000-ə qədər gendən ibarətdir. Bunların bəziləri yalnız bir dəfə peyda olunduğu halda, digərləri dəfələrlə təkrarlana bilər. İnsan genlərinin təqribən 99 faizi şimpanzenin genləri ilə eynidir. Daha da qəribəsi, insan itlərlə 75 faizə qədər eyni genləri bölüşür!
DNT
Genlər Dezoksiribonuklein turşusu və ya DNT adlanan tərkibdən ibarətdir. DNT-hər bir hüceyrənin nüvəsində yerləşən xromosomunda sıx toplanan uzun molekuldur.
DNT-əsaslar adlanan eyni qaydada cütləşən iki zəncirdən ibarətdir. Quaninin sitozin, timin isə adenin ilə birləşir. Bu qayda genetik əmələ gətirir.
Genlərdə əgər şəxsə valideynlərindən iki müxtəlif gen ötürülübsə, onlar biri mütləq digəri üzərində hökmranlıq edəcək, məsələn, qəhvəyi göz genləri, adətən, mavi göz genlərini rədd edir.
Xromosomlar
İnsanlarda normal halda hər bir hüceyrədə 46 cüt xromosom olur, istisna hal kimi isə qamet (yumurta və sperma hüceyrələri ) hüceyrələrində yalnız 23 cüt xromosom var.
Hüceyrə
Bütün canlı varlıqlar hüceyrələrdən ibarətdir. Hüceyrələr bölünən zaman nüvə də bölünür və genetik məlumatlar yeni yaranmır. Hüceyrədə təkrarlanır.
Genom
Genom orqanizmin daxilində olan bütün genetik kodların cəmidir. İlk, tamamilə ardıcıl düzülmüş genetik kod 1975-ci ildə bacteriophage phi X174 adlanan virus olub, 1984-cü ildə ilk bakteriya genomu tamamlandı və 1990-cı illərdən alimlər insan genlərinin sıralanmasına başladılar. Bu işin başa çatması üçün 13 il tələb olundu. Onlar müəyyən etdilər ki, genlər əslində heç bir funksiyası olmayan “lazımsız DNT”-lər nəticəsində uzanırlar. İnsan genomu 3 milyarda qədər cüt və bir sıxılmış diskdə toplana bilən eyni miqdarda məlumat kodlarından ibarətdir.
Alimlər faydalı xüsusiyyətlərin inkişaf etdirilməsi üçün bir növdə yerləşdirə bilərlər. Bu genetik olaraq dəyişdirilmiş orqanizm “transgenik” adlanır. Transgenik bakteriyalar faydalı dərmanlar və transgenik siçanlar bir çox xəstəliklərin müalicəsi üçün araşdırma aparılmasında istifadə olunur.
Məhsulların genləşdirilməsinin və ya qarışıq genli bitkilərin alınması üçün müəyyən genlər bitkilərə köçürülə bilərlər. Gen dəyişdirilməsi texnologiyası yüksək vitaminli düyünün, həşəratlara qarşı maddələri özü istehsal edən kələmin, qarğıdalının və digər bitkiləri məhv edən herbisidlərə davamlı soya paxlalarının istehsalında istifadə olunub.
Genetik xəstəliklər
Bəzi genlərdə onların yalnış fəaliyyət göstərməsinə səbəb olan xətalar olur. Bu yalnışlıqlar kistik fibroz və ya oraq hüceyrə anemiyası kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Kistik fibroz tər və selik ifrazını tənzimləyən genlərdə baş verən mutasiya nəticəsində yaranır. Xəstə genlərin böyük hissəsi “ressesivdir”, məsələn, mavi göz üçün genlərdə olduğu kimi, xəstəlik uşaqda hər iki valideyndən yalnız gen təkrarlanması aldığı zaman inkişaf edir.
Klonlaşdırma
Canlının DNT-sindən istifadə edərək eyni yeni insanın və ya klonun yaradılması deməkdir. Bəzi klonlar təbii olaraq yaranır, məsələn. Bir çox bitki və bəzi sadə heyvanlar klonlaşma yolu ilə çoxalırlar və eyni yumurta əkizləri klonlardır. Süni klonlaşdırma xəstələrə nəql olunması üçün yeni orqanların yaradılmasına görə istifadə oluna bilər.
29.10.2020