Möcüzəli işıq
Enerji müxtəlif formalarda olur. İşıq enerjinin insan gözləri ilə müəyyən edə bildiyi formalarından biridir. İşığı görmək nə qədər asan olsa da, onu başa düşmək bir o qədər çətindir.
İşıq necə hərəkət edir?
Aldadıcı olaraq işıq həm dalğalardan, həm də hissələrdən təşkil olunmuş kimi hərəkət edir. Dalğa kimi işıq qayıda və sına bilər və onun dalğa uzunluğu ölçülə bilinir. Dalğanın digər növləri yayılmaq üçün müəyyən “çevrə”yə ehtiyac duyduğu halda, işıq dalğaları boşluq ətrafında hərəkət edə bilirlər.
İşığın mənbəyi
Toqquşma nəticəsində hərəkətə gələn atomlar ətrafa işıq enerjisi yayaraq əvvəlki vəziyyətinə qayıdırlar. Qızdırılmış işıq lampası tellərindəki atomlar tellərin közərməsinə səbəb olan və foton adlanan işıq hissəciklərini ətrafa tullamaqla artıq enerjilərini buraxırlar.
Kölgələr
İşıq düz xətt üzrə hərəkət edir və hər hansı maneə ətrafında əyilə bilməz. Maneə ətrafındakı boşluğun qaranlıq görünməsinə ora yalnız yaxınlıqdakı cisimlərdən əks olunan işığın düşməsi səbəb olur.
İşığın sürəti
Kainatda ən sürətli hərəkət edən varlıq işıqdır. Onun boş sahə ətrafında hərəkət sürəti saniyədə 300 000 km və ya 186 422 mil-dir.
İşığın bir il ərzində qət etdiyi məsafəyə bir işıq ili deyilir. Bu təqribən 9,5 trilyon km və ya 5, 9 trilyon mil-dir. İşıq ili, adətən, fəzada böyük məsafələrin ölçülməsində istifadə olunur. Günəş cəmi 499 işıq saniyəsi məsafəsindədir.
Albert Eynşteyn müəyyən etdi ki, əgər işıq sürətinə yaxın sürətlə hərəkət etmək mümkün olsa idi, zaman yavaşlayar və insanlar daha asta sürətlə qocalardı.
Sürətlə hərəkət edən cisimlərin bulanıq görünməsinə səbəb işıq sürətinin, insan beyninin gördüklərini analiz etmək üçün sərf etdiyi vaxtdan daha çox olmasıdır.
İşığın qayıtması
İşıq hər hansı cisim üzərinə düşdüyü zaman onun bir hissəsi geriyə sıçrayır və ya “geri qayıdır”. İşığın qayıtma bucağı hər zaman işığın cismin üzərinə düşmə bucağı ilə eyni olur, bu səbəbdən düz səth üzərində biz mükəmməl əks olunma və ya güzgü effektli görürük. Əgər cismin üzəri kələ-kötür və ya əyridirsə, o zaman görünüş də təhrif olunmuş olacaq.
Atəşfəşanlıq: müxtəlif maddələrin atomları fərqli rənglər və uzunluqda olan işıq dalğaları buraxır və bunun nəticəsində görünüşcə gözəl olan mənzərə meydana çıxır.
İşığın sınması
İşıq iki müxtəlif sıxlığa malik mühitlər (məsələn, su və hava) arasındakı sərhədi keçdikdə əyilir və ya “sınır”. Bu səbəbdən suyun içində olan cisim suyun səthində təhrif olunmuş şəkildə görsənir. Əgər su ilə dolu vedrənin içərisindəki qəpik və ya xırda daşlara əliniz ilə toxunmaq istəsəniz, onlar heç də gördüyünüz dərinlikdə olmayacaqlar.
Saman çöplərinin maye daxilində qırıq görünməsinə səbəb işığın sınması nəticəsində yaranan illuziyadır.
Linzalar
Linza işığın əvvəlcədən müəyyən olunmuş qaydada sındıran qabarıq səthə malik şəffaf cisimdir. Çıxıntılı və ya “qabarıq” linza arxasındakı əşya böyüdülmüş şəkildə göründüyü halda, batıq və ya “çökük” linzanın arxasındakı əşya daha da kiçildilmiş şəkildə görünür. Teleskoplarda, mikroskoplarda və eynəklərdə linzalardan istifadə olunur.
Yaxın görmə gözün yaxın məsafədə yerləşən cismə fokuslaşmasıdır və bu çökük linzalar vasitəsilə bərpa olunur.
Uzağı görmə gözün uzaq məsafədə yerləşən cismə fokuslaşması və bu səbəbdən göz qişasının yalnız bulanıqlıq görməsidir. Bu qabarıq linzalar vasitəsilə bərpa olunur.
Xəyal
Sınma işığın müxtəlif sıxlığa malik hava axınlarından keçdiyi zaman baş verə bilər. İsti torpaq üzərindəki soyuq hava dəyişkən sıxlığa malik qatlardan ibarətdir və bu qatlardan keçən işıq əyilərək parıltılı dumanın yaranmasına səbəb olur. Çox az hallarda bu təsir “xəyal” -səmanın islaq görüntüsünün əks olunması ilə nəticələnir.
05.11.2020