YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Epikürçülük

EPİKÜRÇÜLÜK – Epikürün yaratdığı, onun tәlәbәlәri vә davamçılarının inkişaf etdirdiyi fәlsәfi tәlim.

 

Mәktәb kimi e.ә. IV әsrdәn eramızın III әsrinin ortalarınadәk mövcud olmuşdur. Epikürçülük üçün dünyanın atomistik mәnzәrәsi, teleologiyanın, providensializmin vә ruhun ölmәzliyinin inkarı sәciyyәvidir. Utilitarist Epikürçülük etikası çox vaxt vulqarlaşdırılmış, sәhvәn hissi hәzlәrә canatma ilә eynilәşdirilmişdir.

 

E.ә. 310 ildә Epikür tәrәfindәn Kolofonda әsası qoyulmuş mәktәb e.ә. 306 ildә Afinaya köçdükdәn sonra yerlәşdiyi mәkana müvafiq olaraq “bağ” adlandırılmışdır. Epikür mәktәbinin tarixindә bir neçә mәrhәlә müәyyәnlәşdirilir.

 

Erkәn, yaxud Qәdim bağ (e.ә. IV–III әsrlәr) Epikürün vә onun әn yaxın tәlәbәlәri Lampsaklı Metrodor, Poliynen, Hermarx vә b.-nın, Orta bağ (e.ә. II–Iәsrlәr) Filonid, Afinalı Apollodor, Tarslı Diogen, Sidonlu Zenon, Lakoniyalı Demetrinin fәaliyyәti ilә bağlıdır. Son bağ vulqarlaşdırılmış Epikürçülüyün meydana gәldiyi Roma dövrüdür.

 

Lukretsinin yaradıcılığı (xüsusilә “Əşyaların tәbiәti” әsәri) Roma Epikürçülüyün çiçәklәnmә dövrünә (e.ә. I әsr) tәsadüf edir. E.ә. I әsrin ortalarında Kampaniyada Epikürçülük dәrnәklәri tәşkil olunmuşdu.

Şairlәrdәn Vergili, Horatsi, Ovidi, siyasәtçilәrdәn Qay Kassi Longin, Qay Trebasi Testa vә b. E.-ün tәsiri altında olmuşlar. Asketik Epikürçülük doktrinası yumşaldılaraq Roma epikürçülәrinin hәyat tәrzinә uyğunlaşdırılmışdı. Siyasi fәaliyyәtlәri onları Epikürçülüyün ictimai işlәrә qarışmamaq kimi başlıca prinsipindәn imtinaya vadar etmişdi.

 

Respublikanın süqutu ilә Epikürçülüyün nüfuzu zәiflәmiş, ictimai şüura onun opponenti olan stoi sizmin tәsiri güclәnmişdi. Lakin imperiya dövründә dә Epikürçülüyün nümayәndәlәrinә rast gәlinir (Plotin vә b.).

Epikürçülüyün Avropa mәdәniyyәtindә mәnimsәnilmәsi xristianlaşdırmadan vulqar sosioloji interpretasiyaya qәdәr әn müxtәlif formalarda tәzahür etmiş, İntibah dövründә yenidәn canlanmış, XVII–XVIII әsrlәrdә dә mövcud olmuşdur. Hәmin dövrdә Epikürçülük ideyalarını P.Qassendi inkişaf etdirmişdir. İntibah dövrü filosofları, fransız maarifçilәri Epikürçülüyü hedonizm ruhunda şәrh etmiş, hissi hәzlәri başlıca sayan tәlim kimi qiymәtlәndirmişlәr.