YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Birinci Dünya Müharibəsi

1900-cü illərin əvvəllərində bir sıra Avropa dövlətləri arasında hərbi və siyasi gərginlik mövcud idi. Avstriya-Macarıstan taxt-tacının vəliəhdinin öldürülməsi bütün dünyanı əhatə edəcək müharibənin başlaması üçün qığılcım oldu. 


Dünya müharibədə


Müharibənin əsas hissəsinin Avropada baş verməsinə baxmayaraq, orta Şərq, Afrika və Almaniyanın Çin və Sakit okeanı adalarındakı müstəmləkələrində də döyüşlər gedirdi.


Hərbi nəqliyyat


Hava nəqliyyatları: cəbhə xətti üzərində uçaraq düşmənin hərəkətini müşahidə etmək və foto çəkilişləri etmək üçün biplane (üst-üstə qoşa qanadlı təyyarə) və triplan (üçqanadlı təyyarə) adlanan hava gəmilərindən istifadə olunurdu. 


Daşıma vasitələri: İnsanların və ərzaqın cəbhə xəttinə və geriyə daşınması üçün artıq at arabalarını mexaniki mühərriklə idarə olunan nəqliyyat vasitələri əvəz edirdi. 


Tanklar: İlk dəfə 1916-cı ildə istifadə olunan tanklar çox etibarlı olmasa da, bir il sonra artıq ordu qüvvələrini müdafiə edərək düşmən səngərlərinə doğru irəliləyirdilər. 


Hərbi gəmilər: Hərbi gəmi donanmalarından təchizat gəmilərinin alman U-boatlarının (sualtı gəmilər) hücumlarından qorunmaq üçün istifadə edirdilər. 


Ön cəbhə


1914-cü ilin sonuna yaxın səngərlər şəbəkəsi Belçika sahillərindən İsveçrə sərhədlərinə doğru uzanaraq Qərb cəbhəsini yaratdı. Bu mövqelərdən “Atlanta” qüvvələri güclü alman ordusunu geri oturtmaq istəsə də, heç bir tərəf uğur əldə edə bilmədi. Silahlardan açılan atəş altında heç bir tərəfin digərinin ərazisinə keçməsinə imkan verilmədi. 


Hücumların böyük əksəriyyəti ya sübh çağı, ya da alatoranda edilirdi.


Qaz hücumu: Zəhərli xlor qazı ilk dəfə 1915-ci ildə Belçikanın İpr şəhəri uğrunda döyüşlərdə istifadə olundu.


Müharibədə vuruşan 65 milyon insanın yarısı ilə yanaşı, 6,6 milyona yaxın mülki əhali də qətlə yetirildi. 


28 iyun 1914-cü ildə Frans Ferdinandın öldürülməsi Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə nəticələndi. Avropa ölkələri iki cəbhəyə bölündü və həmin ilin avqust ayında Böyük müharibə başlandı.


1915-ci ildə Alman hava dirijabları Britaniya şəhərləri üzərinə gecə vaxtı mütəmadi olaraq bombalar atırdı.


1916-cı ildə Yutlan dəniz döyüşü-dünya tarixinin ən böyük döyüşü oldu.


1917-ci ildə Alman sualtı donanmasının Atlantik okeanında ticarət gəmilərinə həmlələrindən qəzəblənən ABŞ “Atlanta”ya qoşuldu.


1918-ci il 11-ci ayın 11-ci günü səhər saat 11-də atəşkəs elan olundu və daha sonra sülh müqaviləsi imzalandı.