O‘zbekiston Respublikasi
Coğrafi mövqeyi – Mərkəzi Asiyada Amudərya və Sırdərya çaylarının arasında yerləşir.
Sahəsi – 447,4 min kvadrat kilometrdir.
Əhalisi – 30 milyon nəfərdir (2013).
Paytaxtı – Daşkənd şəhəridir.
Rəsmi dili – Özbək dilidir.
Ərazi bölgüsü – 12 vilayətə (Buxara, Cizzəx, Nəvai, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan, Xarəzm) bölünür.
Sərhədləri – Cənub-şərqdə Tacikistan, şərqdə Qırğızıstan, şimal-şərqdə, şimalda və şimal-qərbdə Qazaxıstan respublikaları, cənubda Əfqanıstan İslam Respublikası, cənub-qərbdə və cənubda isə Türkmənistanla həmsərhəddir.
Pul vahidi – 1 Sum = 100 tıyin.
Dövlət başçısı – Özbəkistan Respublikasının Prezidentidir.
Dövlət quruluşu – Prezident respublikasıdır.
Səmərqənd şəhərindəki Bibixanım məscidi islam aləmində ən böyük məsciddir. Özbəkistan Respublikasında Asiyanın ən böyük qızıl yatağı yerləşir.
09.09.2014