YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yunanlar və Romalılar

Qədim yunanlar ən qabaqcıl və qədim sivilizasiyalardan birinə sahib olublar. Tarixçilər onlar haqqında məlumatları yazılı qeydlərdən, incəsənət nümunələri və digər xalqlara göstərdikləri təsir vasitəsilə əldə edirlər. 


Böyük İsgəndərin imperiyası: Eramızdan əvvəl 336-cı ildən yunan şəhər-dövlətlərini idarə edən III Böyük İsgəndər e.ə. (356-323-cü illər) 12 il hərbi əməliyyatlar apararaq Qədim Yunan imperiyasının ərazisini genişləndirdi. O, İran dövləti, Suriya və Misiri fəth edərək şərqə doğru, Hindistana qədər irəlilədi.


Yunanlar müstəqil şəhər dövlətlərinin quruluşunu və formasını yaratdılar. Şəhər ərazisinin genişləndirilməsinə ehtiyac olduqda, onlar Aralıq dənizi sahilində yeni şəhər saldılar. Yunanlar əhalinin onları idarə edən şəxsləri seçə bildikləri demokratik sistem yaratdılar, lakin yalnız azad əhalinin səsvermə hüququ vardı. 


Parfenon: Afinada ən böyük heykəl, zəfər ilahəsi  bu geniş məbədin-akropolda ən mühüm binalardan birinin içərisində yerləşir. 


Akropol, şəhər allahının evi sayılan və şəhərin ən hündür ərazisində yerləşən meydan idi. Ən mühüm dövlət və dini binalar akropolun ərazisində tikilib. Afinada akropolun ərazisində olan binaların böyük hissəsi, əsasən eramızdan əvvəl 5-ci əsrin ortalarına aiddir. 


Ən məşhur akropol Afina şəhər-dövlətində salnmışdır.


Yunanıstanın ilk əhalisi və Troya xalqı əfsanəvi onillik müharibə apardılar. E.ə 492-449 cu illərdə 50 illik müharibədən sonra yunan şəhər-dövlətləri işğalçı fars döyüşçülərini məğlub edə bildilər.


E.ə 431-404-cü illərdə Afina və Spartanın rəqib şəhər dövlətləri və onların müttəfiqləri arasında Peloponnes müharibəsi demək olar ki, bütün yunan dünyasını əhatə etdi. 


E.ə 334-323 -cü illərdə Böyük İsgəndər yunan imperiyasını İrana qədər genişləndirdi.


Eramızdan əvvəl 753-cü ildə kral tərəfindən idarə olunan kiçik şəhər-dövləti ilə əzmkar romalılar güclü ordu ilə böyük imperiya qurdular. 


Hər bir Roma şəhərinin mərkəzində əsas məbədlər və dövlət binaları əhatə olunan açıq ərazidə insanlar ticarətlə məşğul olmaq üçün toplaşırdılar. 


Eramızdan əvvəl 509-cu ildə yaradılmış Roma Respublikası senator tərəfindən idarə olunurdu, lakin senatorlar yalnız varlı ailələrdən ola bilərdi və yalnız Roma vətəndaşlarının səsvermə hüququ vardı. Daha sonra yaranan Roma imperiyası isə seçilə bilməyən imperatorlar tərəfindən idarə olunurdu. 


Eramızın 117-ci ilində Roma imperiyası Avropadan Britaniya və Asiyaya doğru Aralıq dənizi boyunca genişləndi. 3-cü əsrdə daha yaxşı idarəçilik üçün imperiya iki imperator arasında bölüşdürüldü. 


Fransada inşa edilən Pont du Qard su kəməri-akvedukt romalıların bütün imperiya boyu yayılan mühəndislik qəhrəmanlıqlarından yalnız biridir.


E.ə 148-ci ildə nəhayət, dördüncü makedoniya döyüşünün sonunda Roma respublikası yunanları məğlub etdi. 


E.ə 58-50- ci illərdə Roma Respublikasının sərkərdəsi Yuli Sezar Qərbi Avropada Qalliyanı zəbt etdi. 


E.ə 27 ci il Avqustin Roma respublikasını Roma imperiyası ilə əvəzlədi, özü isə Romanın ilk imperatoru oldu.


Eramızın 476-cı ilində barbarların hücumu nəticəsində Qərbi Roma imperiyası süqut etdi.