Yaqubov Musa Səfiməmməd oğlu
Musa Yaqub
Azərbaycan şairi
1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub.
Göyçay pedaqoji məktəbini bitirdikdən sonra 1957-1967-ci illərdə Tircan kənd orta məktəbində, daha sonra Buynuz kənd ibtidai məktəbində müəllim işləyib.
1967-1973-cü illərdə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb.
1974-1978-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olub.
1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə fəal ədəbi fəaliyyətə başlayıb.
M.F.Axundov adına mükafata layiq görülüb.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
Musa Yaqub “Yarpaqlar oxuyur”, “Bu məhəbbət yaşadır məni”, “Üzü bəri baxan dağlar”, “Bir sim üstə”, “İki qəlbin işığı”, “Ürəyimdə yerin qaldı”, “Bu dünyanın qara daşı göyərməz”, “Dövrün dəyirmanı” və başqa şeir və poemaların müəllifidir.
12.09.2014