YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yesenin Sergey Aleksandroviç

Есенин Сергей Александрович
 
Rus şairi
 
1895-ci il sentyabrın 21-də (oktyabrın 3-də) Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olub.
 
Yazıb oxumağı beş yaşında öyrənən Yesenin doqquz yaşından şeir yazmağa başlayır. 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil olur. Şeirləri “Russkaya mısl” (“Русская мысль”), “Jizn dlya vsex” (“Жизнь для всех”), “Yejemesyaçnıy jurnal” (“Ежемесячный журнал”), “Severniye zapiski” (“Северние записки”) və başqa jurnallarda çap edilir. 1915-ci ilin noyabr ayında ilk kitabı – Radunitsa (Радуница) nəşr olunur. 
 
1918-1921-ci illər ərzində Türküstana, Qafqaza, İrana, Krıma, Bessarabiyaya, səyahət edir.
 
1921-ci ildə Aysedora Dunkan ilə evlənir və demək olar ki bütün Avropanı və bir çox dünya ölkələrini gəzir. 
 
Bakıda keçirdiyi aylar onun yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. Yeseninşünaslar bu dövrü “Yeseninin qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığındakı “Boldino payızı” ilə müqayisə edirlər. 
 
Yesenin Bakıda olduğu dövrdə yerli mətbuatda 37 şeir və 2 poeması, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər dərc edilib. Ümumiyyətlə, “Bakinski raboçi” qəzeti Yeseninin öz əsərlərini ən çox dərc etdirdiyi mənbədir. Bu qəzetdə onun 47 şeiri və 3 poeması işıq üzü görüb. Bu baxımdan ikinci sırada 1921-ci ildən Moskvada çıxan “Красная новь” jurnalı durur. Yesenin Bakıya sevgisini özünün məşhur “Əlvida, Bakı” (“Прощай, Баку”) şeirində tərənnüm edib.
 
Şeirləri dünyanın 50-dən çox dilinə, o cümlədən 117 şeir və 2 poeması Azərbaycan dilinə tərcümə olunub. 
 
1925-ci il dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın “Anqleter” otelində Yesenin özünü asaraq intihar edir. Nəşi Moskvaya gətirilərək dekabrın 31-də Vaqankovo qəbiristanlığında dəfn olunur.
 
Ölümündən cəmi bir neçə saat əvvəl öz qanı ilə “Xudahafiz mənim dostum, xudahafiz” (“До свиданья, друг мой, до свиданья”) şeirini yazan Yeseninin ölümü uzun illər intihar kimi qəbul edilsə də, 80-ci illərin sonuna yaxın bununla bağlı yeni, müəmmalı fikirlər ortaya çıxmağa başlayıb.
 
Mərdəkanda Yeseninin yaşadığı evdə onun xatirə muzeyi fəaliyyət göstərir və həmin muzeyin yerləşdiyi küçə şairin adını daşıyır.