Ellīnikī́ Dīmokratía
Coğrafi mövqeyi - Avropanın cənub-şərqində, Balkan yarımadasında və çoxsaylı adalarda yerləşir.
Sahəsi – 131,9 min kvadrat kilometrdir.
Əhalisi – 11 milyon nəfərdir (2010).
Paytaxtı – Afina şəhəridir.
Rəsmi dili – Yunan (yeni yunan) dilidir.
Ərazi bölgüsü – 13 administrativ dairəyə, 54 prefekturaya (nomarxiya) bölünür.
Sərhədləri – Şimalda Albaniya, Makedoniya, Bolqarıstan respublikaları, şimal-şərqdə və şərqdə Türkiyə Cümhuriyyəti ilə həmsərhəddir. Şərqdə Eqey və Frakiya, qərbdə İonik, cənubda isə Aralıq və Krit dənizləri ilə hüdudlanır.
Pul vahidi – 1 Avro = 100 Avrosent.
Dövlət başçısı – Yunanıstan Respublikasının Prezidentidir.
Dövlət quruluşu – Parlament respublikasıdır.
Avropa İttifaqının və NATO-nun üzvüdür.
12.09.2014