Azərbaycan Respublikasının paytaxtı, Xəzər dənizində ən böyük liman
Abşeron yarımadasının cənubunda yerləşir.
1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona (Binəqədi, Qaradağ, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Sabunçu, Suraxanı, Yasamal, Pirallahı), 48 kənd və qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçərişəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilib. Əhalisi 2 milyon nəfərdən çoxdur (2009).
Tarixi abidələri və binaları: Qız qalası, Qobustan qayaüstü rəsmləri, Şirvanşahlar sarayı, Atəşgah məbədi, Təzəpir məsçidi, İsmailiyyə binası, Filarmoniya binası, Hacı Zeynalabdin Tağıyevin evi (Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina), Səadət sarayı (Bakı milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı üçün tikdirdiyi ev), Bakı dumasının binası (Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi bina), “Metropol” mehmanxanası (Ədəbiyyat muzeyinin binası), Lüteran kilsəsi.
Muzeyləri: Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Dini Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi.
Müasir tikililəri: “Od qüllələri” kompleksi (Baku Flame Towers), Heydər Əliyev Mərkəzi, Bakı “Kristal zal”ı (Baku Crystal Hall), “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı, Funikulyor.
Park və bağları: Dənizkənarı Milli park, Nəbatat bağı, Mərdəkan dendrarisi, Filarmoniya bağı, Sahil bağı, Sabir bağı, Azərbaycan Milli Elmlər Akademiyası parkı, Hüseyn Cavid parkı.
13.09.2014