Coğrafi mövqeyi – Cənubi Amerika qitəsinin şimal-qərb hissəsində yerləşir. Qalapaqos adası da Ekvadora aiddir.
Sahəsi – 283,6 min kvadrat kilometrdir.
Əhalisi – 14,2 milyon nəfərdir (2010).
Paytaxtı – Kito şəhəridir (Quito).
Rəsmi dili – İspan dilidir.
Ərazi bölgüsü – 25 əyalətə (provincia), bir paytaxt vilayətinə, 199 kantona (canton) bölünür.
Sərhədləri – Şimalda Kolumbiya, şərqdə və cənubda Peru ilə sərhəddir. Qərbdə Sakit okean ilə hüdudlanır.
Pul vahidi – 1 ABŞ dolları =100 sent (2000-ci ildən).
Dövlət başçısı – Ekvador Respublikasının Prezidentidir.
Dövlət quruluşu – Konstitusiyalı respublika.
16.09.2014