Pinqvinlərin növləri
Çevikliyi və suda sürətli hərəkət etmək bacarıqları pinqvinlərin uça bilməməsini kompensasiya edir. Bu quşlar cənub yarımkürəsinin sularında qabıqlılar-molyusk, istridiyyə balıq və mürəkkəb böcəyi ilə bəslənirlər. İsti aylarda isə çoxalmaq üçün quruya çıxırlar.
Üzmə
İmperator pinqvinlərin düz, sürüşkən bədəni və yastı qanadları və ya üzgəcləri suyu yarıb keçməsinə imkan verir. Bədənlərini örtən sıx tüklər və dəri altındakı qalın piy təbəqələri ilə Antarktikanın dondurucu soyuqlarından qorunur.
Yeddi aylığında körpə imperator pinqvinlər qızınmaq üçün “körpələr evində” birlikdə toplanırlar. Aşağıya doğru tiftikli boz tükləri, həmçinin onların bədən temperaturunu artıraraq soyuq Antarktika sularından qoruyur.
Sarıgözlü pinqvin-Megadyptes antipodes
Hündürlüyü 66-70 sm, çəkisi 5,5 kq olan bu pinqvinin məskəni Yeni Zelandiyadır.
Sayı 4000-dən az olan bu nadir pinqvin növləri Yeni Zelandiyanın cənub adalarında yaşayır. Gözlərindəki valehedici sarı zolağa görə belə adlandırılıblar.
Kəkilli pinqvin-Eudytes chrysocome
Hündürlüyü 50 sm, çəkisi 2,5 kq, məskəni isə Antarktikadır. Bu balaca, kəkilli pinqvinlərin adları güman ki, Antarktikanın adalarında qayalıq koloniyaları ətrafında hərəkət etmə formasına görə verilib.
İmperator pinqvin- Aptenodytes forsteri
Hündürlüyü 110 sm, çəkisi 35-40 kq, məskəni Antarktikadır.
İmperator pinqvinlərinin çoxalma mövsümü qış aylarıdır. Dişi pinqvin bir yumurta yumurtlayır və erkək pinqvin onu 2 ½ ay müddətində ayaqları üzərində və qarnının altındakı kürt dərisinin altında mühafizə edərək soyuqdan qoruyur.
Pinqvin Adelie-Pygoscelis adeliae
Hündürlüyü 40-75 sm, çəkisi 4-4,5 kq, məskəni isə Antarktikadır.
Ən geniş yayılmış və balaca pinqvinlərdən biri olan pinqvin adelie qışın çox hissəsini dənizdə keçirir, yayda isə çoxalmaq üçün sahilə çıxır. Cütləşən pinqvinlər böyük koloniyalarda yuva qururlar ki, bu da yumurtaların, məsələn, sahil qağayıları kimi dəniz quşları tərəfindən oğurlanmasının qarşısını alır.
08.02.2021