YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sürünənlər

Soyuqqanlı onurğalılar olan sürünənlərin sərt dərilərinin üzəri pulcuqlarla örtülüdür. Pulcuqlar məməlilərin  tük örtüyü və quşların lələklərində olan eyni material-keratindən ibarətdir. Sürünənlərin 4 dəstədə birləşdirilmiş 8000 növü müəyyən edilmişdir. Ən böyük dəstə ilanlar və kərtənkələlərdir. 


Təhlükəli zəhər


Bəzi ilanların dişlərinin tam arxasında zəhər vəziləri var. Zəhər, adətən, ovlarını öldürmək bəzən isə müdafiə üçün istifadə olunur. Görünən zəhər dişləri düşmənlərə geri çəkilmələri üçün bir növ xəbərdarlıq edir. 


Əyilmiş bel sümüyü


İlanların onurğa sütunu olduqca elastikdir. Boa ilanı dincəlmək və ovunu müəyyən etmək üçün budaqların ətrafında spiral şəklində sarılır. Səhra viperası kölgələnmək üçün daşların arasına qısılır. İlanlar torpaq üzərində S-şəklində sürünərək hərəkət edir. 


İlanlar qabıqlarını il ərzində 8 dəfə dəyişir.


Mövqe tutmaq


Sürünənlərin ayaqları onların bədənlərinin sağ küncünə birləşib (məməlilər və quşlardan fərqli olaraq). Bu onlara kələ-kötür yerlərdə hərəkət etmək üçün möhkəm duruş təmin edir. 


Ayaqlarının olmamasına baxmayaraq, ilanlar ən güclü yırtıcılardır. Təqribən 2900 ilan növü var və onlardan 300-ü zəhərlidir. Digər ilanlar isə ovlarının bədəninə qıvrılaraq, onları boğulana qədər sıxırlar.

 

Yakobson orqanı


İlanlar, adətən, qoxulamaq və havada olan qoxuları dili ilə dadmaqla qurbanını müəyyən edirlər. Bu zaman ilan Yakobson orqanını istifadə etməklə qoxuda qurbanının izlərini axtarır.


Kərtənkələlər


Komodo kərtənkələsindən cırtdan buqələmuna qədər 4500 kərtənkələ növü müəyyən edilmişdir. Onların əksəriyyətinin uzun quyruğu var. Bəzi kərtənkələlərin, xüsusilə uzunayaqlıların maraqlı müdafiə texnikası var: əgər yırtıcı kərtənkələnin quyruğundan yapışarsa, o qopur və kərtənkələ qaçıb canını qurtara bilir. Daha sonra isə quyruq yenidən inkişaf edir.


3 m uzunluqlu Komodo kərtənkələsi 5 sm uzunluğunda olan cırtdan buqələmundan 60 dəfə uzundur.


Timsahlar və Aliqatorlar


Hamar bədənləri, qorxunc çənələri və güclü quyruqları olan timsahların 23 növü müəyyən edilmişdir. Gözləri və burun dəliklərinin kəllə sümüyündə olması onların su altında ovlarını gözləyərkən nəfəs almasına və ətraflı görməsinə imkan verir. Su içmək üçün çaya və ya gölə yaxınlaşan məməlilər və və balıqlar onların hədəfidir: güclü çənələri ilə məməlini tutan timsah, onu suya sürükləyərək orada boğur. Timsah su altında rahatlıqla  ağzını aça bilir: onun boğazının arxa tərəfindən bağlanan dəri parçası var.


Afrikada Qrumeti çayında yaşayan timsahlar çayı keçərək köç edən antiloplara hücum etməklə qida əldə edirlər. 


Aliqatorların burnu timsahlara nisbətən daha qısa və genişdir. Ağızları bağlı olduğu zaman, yalnız yuxarı dişləri görünür. 


Tısbağalar və dəniz tısbağaları 


255 növ tısbağa, dəniz tısbağası və şirin su tısbağaları möhkəm qabıqlarına görə asanlıqla tanına bilir. Onlar asta hərəkət edir və əsasən otyeyənlərdir. Dəniz tısbağaları daha çox ətlə qidalanır və onlar sakit uzanaraq balıqların keçməsini gözləyir, bu zaman isə çənələri ilə ovunun ətrafından yapışırlar.


Tısbağalar quruda, dəniz tısbağaları isə suda yaşayırlar.


Uzunboğaz-ilan boğazlı tısbağalar ovlarını tutmaq üçün boyunlarından istifadə edirlər.


Tuataralar


Tuataranın cəmi iki növü var. Onlar iquanaya (kərtənkələ) bənzəsələr də, daha çox Yeni Zelandiyanın sahil adalarında rast gəlinir və adətən, gecə həşəratlarının ovlamaq üçün yuvalarından çıxırlar. Tuataralarda əcdadlarının ölümündən sonrakı 100 milyon illər ərzində yalnız cüzi dəyişikliklər olub.