Latvijas Republika
Coğrafi mövqeyi – Avropanın şimal-şərqində yerləşir.
Sahəsi – 64,589 min kvadratkilometrdir.
Əhalisi – 2,261 milyon nəfərdir (2009).
Paytaxtı – Riqa şəhəridir.
Rəsmi dili – latış dilidir.
Ərazi bölgüsü –26 rayona (rajons) və respublika əhəmiyyətli 7 şəhərə bölünür.
Sərhədləri – cənub-şərqdə Belarus, cənubda Litva, şimalda Estoniya respublikaları, şərqdə Rusiya Federasiyası ilə həmsərhəddir. Qərbdə Baltik dənizi ilə hüdudlanır.
Pul vahidi – 1 Avro = 100 avrosent.
Dövlət başçısı – Latviya Respublikasının prezidenti.
Dövlət quruluşu – Parlament respublikası.
2004-cü ildən Avropa İttifaqının və NATO-nun üzvüdür.
25.09.2014