YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fridrix Mişer

DNT tarixdə ilk dəfə isveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilib. Zülallar üzərində tədqiqat aparan Mişer, onlardan çox fərqli özəlliklərə sahib olan və sadəcə hüceyrə nüvəsində tapılan bir maddə diqqətini cəlb edincə, bu yeni maddəyə nüvə mənasına gələn "nuklein” adını verib.


Mütəxəssis genetik Elxan Rəsulov deyir ki, insan bədənində 50 mindən artıq gen var. Hər bir genin nukleotid ardıcıllığında minlərlə, on minlərlə nukleotid var. Bu həm bitki, həm də heyvanat aləminə aiddir, yəni eyni qanunauyğunluğa demək olar ki, bütün canlılarda rast gəlinir. DNT-dəki bu məlumatlar sadəcə fiziki xüsusiyyətləri müəyyənləşdirmir. Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət edir. O cümlədən irsi xəstəliklər nukleotidlərdə baş verən dəyişikliklərlə əlaqədardır.


Mütəxəssis bu dəyişikliklərin yaranma səbəbləri və nəticələri haqda bildirir ki, insanda 6 mindən artıq irsi xəstəlik mövcuddur. Bu xəstəliklərin yaranma səbəblərindən biri də bir nukleotidin digəri ilə əvəzlənməsi ola bilər. Yaxud bir nukleotidin çatışmazlığı və ya əksinə, artıqlığı yaranar. Bunlar mutasiyalar olub xarici mühitin orqanizmə təsirindən əmələ gələ bilər. Kimyəvi, fiziki və bioloji təsirlər var. Kimyəvi təsirlər deyəndə əsasən dərmanlar, fiziki təsirlər ultrabənövşəyi şüalar, radiasiya, elektromaqnit dalğalar, bioloji təsirlər isə ən sadə halda, qrip xəstəliyi və ya məxmərək nəzərdə tutulur.


Nukleotidlərdə baş verən dəyişikliklər talassemiya xəstəliyinin yaranma səbəblərindən də biridir. Bir nukleotidin digəri ilə əvəzlənməsi irsi qan xəstəliyi olan talassemiyaya səbəb ola bilər.