Republica Portuguesa
Coğrafi mövqeyi – Avropanın cənub-qərbində, Priney yarımadasında, həmçinin Atlantik okeanındakı Azor adaları və Madeyra arxipelaqında yerləşir.
Sahəsi – 92 min kvadratkilometrdir.
Əhalisi – 10,5 milyon nəfərdir (2010).
Paytaxtı – Lissabon şəhəridir.
Rəsmi dili – Portuqal və miranda dilidir.
Ərazi bölgüsü – 18 dairəyə, 308 bələdiyyəyə, 4260 icmaya, 11 tarixi əyalətə və 2 muxtar vilayətə bölünür.
Sərhədləri – Şimalda və şərqdə İspaniya krallığı ilə həmsərhəddir. Cənubda və qərbdə Atlantik Okeanı ilə hüdudlanır.
Pul vahidi – 1 Avro = 100 avrosent.
Dövlət başçısı – Portuqaliya Respublikasının Prezidentidir.
Dövlət quruluşu – Parlament respublikasıdır.
1949-cu ildən NATO-nun üzvüdür.
1999-cu ildən avrozonaya daxil olub.
27.09.2014