YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yaşayış yerləri

Bütün canlıların yaşaya və uğurla çoxala biləcəkləri məkana ehtiyacları var. Bu məkan yaşayış yeri adlanır. Yaşayış yerləri çöllük qədər böyük və ya gölməçə qədər kiçik ola bilər. Qurunun və ya dənizin bir hissəsində bir neçə yaşayış yeri ola bilər.


Hər bir heyvan və bitki öz inkişafı üçün xüsusi şərait tələb edir. Bitkilərin inkişaf etmək üçün xüsusi temperatura, yağıntıya və torpağa ehtiyacı var. Heyvanlar üçün qida, yaşayış yeri və hərəkət etməsi üçün boş ərazi lazımdır.

Orqanizm, adətən, özünün həyat tərzini və hətta görünüş və davranışını onu əhatə edən şəraitə uyğunlaşdırır. Bu proses təkamül adlanır. 


Yaşayış yerinin parçalanması


Parçalanma quru sahənin kənd təsərrüfatı və ya hər hansı digər məqsədlərlə təmizlənməsi zamanı baş verir ki, bununla da ilkin yaşayış yeri dağıdılır. Bununla həmin ərazidə yaşayan canlılar çox kiçik adaşəkilli yerlərdə yaşamağa məcbur olur ki, bu da onları qida axtaran yırtıcılar üçün daha çatımlı edir. Bitkilər də işıqlanma, su və küləyin səvyyəsinin kəskin dəyişməsi səbəbindən əziyyət çəkə bilərlər. 


Dağlar - soyuq və sıldırım dağ zirvələrinə yaxın yerlərdə heyvanların sağ qalması üçün qalın tükə və çevik ayaqlara ehtiyac var.

 

Meşələr - bu, ağaclar arasında müxtəlif təbəqələrdə yaşayan heyvan və bitkilərin geniş növmüxtəlifliyi üçün məskəndir.


Sahillər - burada yaşayan heyvanlar dənizin gün ərzində iki dəfə qabarma və çəkilməsinə, daimi dalğalar tərəfindən sahilin döyəclənməsinə uyğunlaşmışlar.


Hindistanın saqqız ağacları - Hindistanın saqqız ağaclarının kökləri duzlu sularla əhatə olunub ki, bu da balıqlar üçün gizlənməyə yaxşı yer vəd edir.


Mərcan rifləri - riflər yüzlərlə növ canlıları yaşayış yeri ilə təmin edir. Onlar kiçik su heyvanlarının skeletlərindən yaranmışlar.


Dünya biomları


Ekoloqlar oxşar ekosistemləri bir qrupda birləşdirirlər ki, bunlar da biomlar adlanır. Hər bir biom, məsələn, tropik meşələr dünyanın digər yerlərində olan tropik meşələr kimi eyni iqlim və ətraf mühitə malik olsa da, burada yaşayan bitki və heyvan növləri fərqli ola bilər. İsti, rütubətli tropik biomlarda quru və soyuqlara nisbətən daha çox bioloji növ müxtəlifliyinə rast gəlmək olar.


Təkamül - dünyanın hər bir yerində yalnız ora üçün xarakterik olan bitki və heyvan növləri var. Onlar özlərini yerli şəraitə uyğunlaşdıraraq təkamül etmişlər. 


İşğalçılar - hər hansı bitki və heyvan növü yeni gətirildiyi ərazidə ekosistemə dağıdıcı zərbə vura bilər. Quru qurbağaları Avstraliyada şəkər qamışı sahələrində böcəklərin təmizlənməsi üçün bura gətirilsə də, sonradan özü balaya çevrildi. Belə ki, o digər heyvanları da yeyirdi.


Bioloji müxtəliflik bir ekosistemdə olan bitki və heyvan növ müxtəlifliyinin ölçü vasitəsidir. Bütün heyvan və bitki növlərinin ekosistemdə öz rolu var. Hər hansı ekosistemi düzgün təhlil etmək üçün alimlər həmin ərazidə yaşayan orqanizmlər və onların bir-biri ilə qarşılıqlı əlaqəsini müəyyən etməlidirlər. 


Bir çox bitki və heyvan növləri nəslin kəsilməsi təhlükəsi ilə üzləşiblər. 


Suda - quruda yaşayanlar digər heyvan qruplarına nisbətən daha çox nəsli kəsilmə təhlükəsi ilə üzləşirlər.