YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qiymətli su

Yer kürəsində su olmadan həyat olmazdı. Bu həyati vacib resurs dünya okeanlarını, göllərini çaylarını doldurur və yerin altına sızmaqla yeraltı suları yaradır. Dünya suyunun yalnız kiçik hissəsi buzlaqlar və su buxarı şəklində havada və ya bitkilərin və heyvanların orqanizmində olur.


Şirin su


Duzlu dənizlər və okeanlar dünya okeanının 97 faizini təşkil edir. Digər hissə isə şirin sudur və onun çox hissəsi qütblərdə buz örtüyündə və buzlaqlarda toplanır. İçdiyimiz şirin su göllərdən, gölməçələrdən və çaylardan gəlir və dünya su ehtiyatının yalnız 0,6 faizini təşkil edir. 


Su dövranı

 

Su mütəmadi olaraq okeanlar, atmosfer və quru arasında dövr etməklə hərəkət edir. Su dövranı yerdə həyat üçün vacib olan şirin suyu təmin edir. 


Xəzər dənizi dünyada ən böyük daxili su tutarıdır. 


Sibirdə yerləşən Baykal gölü dünyada ən dərin şirin su hövzəsidir və həcminə görə ən böyüyüdür. Şimali Amerikada Yuxarı göl sahəsinə görə dünyada ən böyük şirinsulu göldür. İsrail və İordaniya arasında yerləşən Ölü gölü dünyada ən dayaz və ən duzlu göllərdən biridir. 


Dünya okeanlarında suyun həcmi 1,36 milyard kub kilometrdir. 


Bitkilər transpirasiya adlanan proses vasitəsilə havaya su buraxırlar.


Günəş okean suyunu isidir və şirin su havaya buxarlanır. Dünya suyunun böyük hissəsi okeanların payına düşür. Hava torpaq üzərindən qalxdığı və soyuduğu üçün su buludlarda kondensasiya olunur. 


Su qatlarla aşağı süzülərək su axınları və çayları əmələ gətirir. Buludlarda toplanan su-çöküntü (yağış və ya qar) şəklində yağır. Suyun bir hissəsi torpağın altında toplanaraq yeraltı sular əmələ gətirir. 


Bəndlər nəticəsində yaranan rezervuarlar insanları su ehtiyatı ilə təmin edir. Bənd suların okeana geri qayıdışını məhdudlaşdırmaqla suyun dövranına mane olur.


Çay okeanlara doğru suyu geri aparır. 



Qitələr üzrə dünyanın ən uzun çayları: 


Nil çayı Afrikada ən uzun çaydır. Onun uzunluğu 6.650 km-dir.


Amazon çayı Cənubi Amerikada ən uzun çaydır. Onun uzunluğu 6.400 km-dir.


Yantsızı çayı Asiyada ən uzun çaydır. Onun uzunluğu 6.300 km-dir.


Missisipi çayı Şimali Amerikada ən uzun çaydır. Onun uzunluğu 6275 km-dir. 


Volqa çayı Avropada ən uzun çaydır. Onun uzunluğu 3.692 km-dir.


Murrey Avstraliyada ən uzun çaydır. Ounun uzunluğu 2.739 km-dir.


Yeraltı sular

Yer səthinə yağış kimi düşən suyun bir hissəsi yerin alt qatlarına sızaraq suxurlar arasına toplanaraq yeraltı suları yaradır. Bəzi suxurların suyu alt qatlara keçməsinə mane olaraq doymuş təbəqə əmələ gətirir ki, bu da qrunt suları adlanır.


Bərk su

Su bəzi hallarda yerə qar şəklində düşür. Qütb dairələrində və yüksək dağ zirvələrində qar qatlar şəklində toplanaraq buzlaqlar adlanan buz formaları yaradır. Buzlaqlar aşağı sürüşməklə dənizə düşərək aysberqlərə parçalanır ki, bunlar da əriyərək su dövranının yenidən başlamasına səbəb olur. 


Təkcə Amerika Birləşmiş Ştatlarında təqribən 75, 000 su anbarı var. 


Las-Veqas ehtiyacı olan suyun 85 faizini Mid su anbarından götürür.

 

Tacikistanda Nurek su anbarı dünyada ən hündür su anbarıdır. Onun hündürlüyü 300 metrdir.