Yer kürəsinin sərvətləri
Bir çox faydalı materiallar Yer səthinin altında gizlənir. Bu zəngin sərvətlərdən bəziləri, məsələn, qiymətli daşlar və qiymətli materiallar qədim zamanlardan istifadə olunduğu halda, digərləri, məsələn, mədən yanacaqları yeni kəşf olunub, lakin heç də az əhəmiyyətli deyil.
Dağ-mədən sənayesi
İnsanların təbii sərvətlərdən faydalanması üçün, ilk növbədə, onlar Yer qabığının alt qatından qazıb çıxarılmalıdırlar. Bu, mədən adlanır. Çıxarılacaq faydalı qazıntının növündən asılı olaraq iki əsas üsul fərqləndirilir: yerüstü və ya yeraltı qazma üsulu.
Yeraltı qazma: Yer qabığının alt qatından yerləşən mineralların çıxarılması üçün yeraltı qazma üsulundan istifadə olunmalıdır. Şaxtaçılar Yer qatının altında mədən quyularının qazılması üçün ağır texnikadan istifadə edirlər.
Onlar mineral maddələrin, qazma alətləri, tullantı materialları və mədənçilərin özlərinin şaxtalara, şaxtalardan daşınması üçün quyulara dəmir relslər yerləşdirirlər. Yeraltı qazma yerüstü qazmaya nisbətən daha təhlükəlidir və daha çox xərc tələb edir.
Yerüstü qazma: Mədənlərin böyük əksəriyyəti açıq mədənlərdir ki, burada Yer qabığının üst qatından və ya ona yaxın ərazidə yerləşən minerallar çıxarılır. Şaxtaçılar Yer qatında böyük dəliklər açmaq üçün partlayıcı maddə, ekskavator və ağır texnikadan istifadə edirlər. Dünyanın mədən hasilatının çox hissəsi daha təhlükəsizdir yerüstü qazma üsulu ilə çıxarılır.
Hematit: Dəmir oksidin mineral forması onun paslı qırmızı rəngi ilə müəyyən olunur.
Dəmir mədəni: Braziliya dəmir filizi mədənləri dünyanın ən zəngin dəmir yataqlarıdır.
Qızıl çıxarılması: Dağ-mədən işçisi Cənubi Afrikanın qızıl yataqlarında qızıl çıxarılması üçün qazıntı aparır. Yataqlar dərin yeraltı qatlarda yerləşdiyindən fiziki güc tələb edir və çox təhlükəlidir.
Cənubi Afrika dünyanın ən böyük mədən ölkəsi olmaqla zəngin qızıl, almaz və başqa qiymətli mineral yataqlarına malikdir.
2015- ci ilə qədər dünyanın neftə olan tələbatı bir gün üçün 96 milyon barel olacaq.
Səudiyyə Ərəbistanı dünyanın aparıcı neft istehsalçısıdır.
Dağ-mədən sənayesi hər hansı digər sənaye sahəsi ilə müqayisədə daha çox insanın həlak olması və xəsarət almasına səbəb olur.
Minerallaşmış təbii yanacaqlar
Daş kömür, neft və təbii qaz təbii yanacaqlardır. Bu zəruri təbii sərvətlər milon illər əvvəl yaşamış heyvan və bitki qalıqları hesabına formalaşır. Zaman keçdikcə yeraltındakı təzyiq və temperatur bu qalıqları daş kömür, neft və təbii qaza çevirir. Təbii yanacaqlar hazırda dünyanın enerji ehtiyatının böyük hissəsini təşkil edir.
Neft
Bu qara maye milyon il əvvəl yaşamış bitki və heyvan qalıqlarından formalaşır. Çürümüş qalıqlar, ilk öncə , dəniz dibində toplaşaraq zaman keçdikcə xam neftə çevrilərərk suxur qatlarına toplaşır.
Daş kömür
Bu ağır qara möhkəm formanı torf yerin alt qatında toplandıqda alır. Torf bitki və heyvan qalıqlarından yaranan orqanik üzvi torpaq növüdür. Milyon illər ərzində torfun üst qatlarının ağırlığı onu daha aşağı qatlara doğru itələyir. Bu torfu sıxaraq ilk əvvəl liqnit adlanan mayeni, son nəticədə isə daş kömürü yaradır.
Çürümüş bitki qalıqları torf yaradır.
Ekoloji narahatlıq
Tankerlərdən sızan neft okean cərəyanları ilə geniş əraziyə yayılır. Bu ekoloji fəlakət dəniz canlılarının-balıqlar və su quşlarının məhvinə səbəb olur. Avtomobil mühərrikləri və elektrik stansiyalarında yaranan təbii yanacaqlar havaya böyük miqdarda karbon qazı buraxır ki, bu da qlobal istiləşmənin əsas səbəblərindən biridir.
Neft axtarışı yerli bitki və heyvanların kütləvi məhvinə səbəb olaraq bu ərazilərdə həyatı məhv edir.
29.04.2021