YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ürək

Cоr
 
Onurğalı heyvanlarda və insanlarda qan-damar sisteminin mərkəzi orqanı
 
İnsanda dörd kameradan (iki qulaqcıq və iki ürəkcik) ibarət olub döş boşluğunda asimmetrik vəziyyətdə, çəp istiqamətdə yerləşir.
 
Ürəyin vəzifəsi qanı ritmik olaraq venalardan alıb arteriyalara vurmaqdır. Fasiləsiz işləyir. Miokard fasilə ilə yığılır (sistola) və boşalır (diastola). Ürək əzələsinin ritmik yığılması nəticəsində dövri olaraq qanın damarlara vurulması təmin olunur.
 
Yaşlı insanlarda çəkisi 220-300 qram olur. 
 
Balıqlarda iki kameradan (bir qulaqcıq və bir mədəcik) ibarət olub vəzifəsi bədəndən venoz qanı alıb qəlsəmələrə vurmaqdır. Suda-quruda yaşayanlarda isə ürək üç kameradan ibarətdir (iki qulaqcıq və bir mədəcik).
 
1 – sol mədəcik (lat. Ventriculus sinister),
2 – mədəcikarası şırım (lat. Sulcus interventricularis),
3 – sağ mədəcik (lat. Ventriculus dexter),
4 – aorta konusu (lat. Conus arteriosus),
5 – ağciyər kötüyü (lat. Truncus pulmonalis),
6 – (lat. Ligamentum arteriosum),
7 – aorta qövsü (lat. Arcus aortae),
8 – bazu-baş kötüyü (lat. Truncus brachiocephalicus),
9 – sol körpücükaltı arteriya (lat. arteria subclavia sinistra),
10 – sağ qulaqcıq (lat. Atrium dextrum),
11 – sol qulaqcıq (lat. Atrium sinistrum),
12 – ürəyin piy basmış tac şırımı,
13 – ağ ciyər venaları.