YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zaman fərqi

İndi saat neçədir? Cavab daha çox sizin harada olmağınızdan asılıdır. Əgər indi Santyaqo və ya Çilidə günortadırsa, Perth və ya Avstraliyada gecəyarısı olacaq. Buna anlam vermək üçün dünya 24 saat qurşağına bölünüb və saatlar hər bir qurşaqda ona uyğun müəyyən olunub.


Qrinviç meridianı


Bütün saat qurşaqları Böyük Britaniyada Qrinviç qəsəbəsindən başlayan meridianına münasibətdə hesablanır.


Dünyada Yeni ili ilk qarşılamaq üçün əhalinin daha çox toplaşdığı ərazi Milad adalarındakı Kiribati adlanan yerdir. Havay adaları beynəlxalq xətdən daha çox şərqdə yerləşdiyindən bayramın ən son qeyd olunduğu ərazilərdəndir. 


Ümumdünya vaxt qovşağından qərbdə yerləşən ölkələr şərqdə yerləşən ölkələrə nisbətdə bir saat irəlidədirlər. 


Bir çox ölkələr yayda saatları bir saat qabağa çəkməklə daha çox Günəş işığı almış olur. Bu yay vaxtı adlanır. Lakin bu təcrübə daha çox gündüz saatlarında işığa ehtiyacı olan fermerlər tərəfindən dəstəklənmir. 


Saat fərqi


Bəzi ölkələr bir neçə saat qurşağını əhatə etdiyi halda, digərləri yalnız bir saat qurşağında yerləşir. Əgər siz ABŞ-ın bir tərəfindən digər tərəfinə səfər etmiş olsanız, o zaman saat fərqinin 4 saat olduğunun şahidi olacaqsınız.

 

Bunun əksinə olaraq, Çin ərazisinin böyüklüyünə baxmayaraq, bütün ölkə ərazisində yalnız bir rəsmi saat vaxtı var. 


Dünyanın saat qurşaqları Şimal və Cənub qütblərində birləşir. Qütblər ətrafında hərəkət edərək bir neçə saniyə ərzində dünyanın bütün saat qurşaqlarını səyahət etmək olar.


Zaman səyyahı

Dünyada standartlaşdırılmış saat qurşaqları ilk dəfə 1878-ci ildə kanadalı Sandford Fleminq tərəfindən təklif olunub. O, qeyd etmişdir ki, dünya 360 dərəcə coğrafi uzunluqlara bölünüb və bu hər biri 15 dərəcə olmaqla 24 saat qurşağına bölünə bilər.