Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşən göl
Kür çayının vaxtaşırı daşması nəticəsində yaranıb. Suyu durğundur.
Dərinliyi 5 metr olan göl oval şəklindədir. Köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti dayanacaq və bataqlıq quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan quş növlərinin yuva qurması üçün əlverişli şəraitə malikdir.
Şirvan İstilik Elektrik Stansiyasının suları bu gölə töküldüyündən, suyu nisbətən ilıq olur və qışda donmur. Bu səbəbdən göldə mamırlar və onurğasızlar aktiv inkişaf edir və quşlar üçün bol yem bazası yaradır.
30.09.2014