YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yerin tarixi

Təxminən 4,5 milyard il əvvəl nə Yer kürəsi, nə də başqa planetlər mövcud idi. Yenicə doğulmuş Günəşin ətrafında qızmar qazın və tozun qara buludu qaynayırdı. Bulud tədricən soyudu və qaz milyonlarla damcılarda sıxlaşdı (kondensasiya oldu). Bu damcılar özlərinin cazibəsi altında bir-birinə yaxınlaşdı beləliklə, Yer və Günəş sisteminin başqa planetləri formalaşdı. Lakin Yer kürəsinin soyumuş səthində bərk qabığın və atmosferin əmələ gəlməsi üçün yarım milyard ildən çox vaxt lazım oldu.


Yerin Günəşə tərəf çevrilən yarımkürəsində yay, əks tərəfində qış olur. 


Günün uzunluğu


Bir gün ərzində Yer öz oxu ətrafında bir dəfə fırlanır. Ulduzlar yerlərinə 23 saat 56 deqiqə 4,09 saniyədən bir qayıdırlar. Bu, ulduzlu gün adlanır. Amma günəşli gün 24 saat davam edir, çünki Yer Günəş ətrafında fırlanır və o, əlavə dərəcəyə dönməlidir ki, bu göy cismi səmada yerini tursun.


Yer özünün yarandığı ilk dövrdə yanar qaz şəklində olub. Sonra onun səthi soyuyub, üzərində möhkəm qat əmələ gəlib. 


Yer nəyə görə fırlanır


Yerin fırlanması onun Günəş ətrafına “düşməsi” ilə əlaqədardır. Günəşin cazibə qüvvəsi Yeri öz oxu ətrafında fırlanmağa məcbur edir. Eyni ilə Yerin cazibəsi topun dağdan diyirlənməsinə səbəb olur. 


Yerin yaşı


Yerin təxminən 4,5 mlrd. il yaşı var. Ən köhnə qatlar 3,8 mlrd. il bundan əvvəl yaranıb. Alimlər bunu yerə düşən meteoritlərin yaşını öyrənərək müəyyən ediblər. 


Yerin tərkibi


Yerin nüvəsi (özəyi) dəmirdən və nikeldən, qabığı isə əsasən oksigen və silisiumdan ibarətdir. Onların arasında gərgin silisium və kükürd birləşmələrindən ibarət olan mantilər, həmçinin onların oksidləri yerləşir.


4 mln. il əvvəl Yerin səthi meteorit yataqları və vulkanlarla dolu idi. 


Yer soyuduqca qazlar və su buxarı qalxır, onlar da atmosferi əmələ gətirirdi. 


Yerin ölçüsü


Peyklər vasitəsilə aparılan ölçülər göstərir ki, planetimizin çevrəsi ekvatordan 40024 km, diametrik isə 12578 km-dir. Qütblərdən Yerin diametrik 43 km azdır. 


Yer kürəsi soyumaqda davam edirdi və buxar dumanı suya çevrilərək nəhəng okeanlar yaradırdı. 


Yerin forması


Yer ideal olmayan şardır. Ekvatordan planetin fırlanma sürəti qütblərdəkindən çoxdur. Bu səbəbdən ekvatorda onun səthi daha qabarıqdır. Alimlər Yerin formasını “geoid” adlandırırlar, bu da sadəcə “Yer formasında olmaq” deməkdir.


Böyük alim Kopernik


XVI əsrin əvvəllərində belə bir təsəvür var idi ki, yer kainatın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanırlar. Böyük polşa astronomu Kopernik (1473-1543) ilk dəfə Yerin Günəş ətrafında fırlandığını ehtimal etdi.


Yer fərqli planetdir


Yer yeganə planetdir ki, hərarət suyun üzdə (səthdə) qalmasına imkan yaradır, atmosferdə isə oksigen var. Onların hər ikisi su və oksigen canlı həyat üçün vacibdir. 


İlin uzunluğu


İl ərzində Yer günəşin ətrafında bir dəfə dövr edir. Onun qət etdiyi məsafə 938 886 429 km-dir. Bu məsafəni Yer dəqiq 365,24 günə keçir. Beləliklə, təqvim 365 gündən ibarət olur. 0,24 günü itirməmək üçün hər 4 ildən bir fevralın axırında təqvimə 1 gün artırılır. Həmin il uzun il adlanır. Ancaq hər 4 əsrdən bir uzun il buraxılır.