Şimal dənizi hövzəsinə aid çay
Başlanğıcını Çexiyadan götürür. Əsas axını Almaniya ərazisindən keçir. Elbanın Drezden dərəsi məşhur Bryul terrası ilə birlikdə 2004-2009-cu illərdə Dünya irsi siyahısına daxil olub.
Tarixi Elba Avropa coğrafiyasının vacib sərhədlərindəndir. Romalılar bu çayı Albis adlandırırdılar. Onlar imperiyanın şərq sərhədlərini Reyndən Elbaya çəkmək üçün bir dəfə cəhd etsələr də buna nail ola bilməyiblər. Orta əsrlərdə Böyük Karl imperiyasının şərq hüdudları da bu çay boyunca keçib.
1945-ci ildə II Dünya müharibəsinin sonuna yaxın III reyxin qoşunları qərbdən müttəfiq qüvvələri, şərqdən isə Sovet ordusunun arasında qalır. Aprelin 25-də almanların bu istiqamətdəki son istehkamları tutulur və hər iki ordunun əsgərləri Torqau yaxınlığında görüşürlər. Bu hadisə tarixə “Elbada görüş” kimi düşür. Müharibədən sonra Şərqi və Qərbi Almaniyanın sərhədləri Elba çayı boyunca keçib.
2002-ci ilin avqustunda Elbanın yuxarı axarında baş verən daşqın insan tələfatı, həmçinin 30 000 evin yararsız hala düşməsi, 540 kilometr dəmir yolunun, 180 körpünün dağılması ilə nəticələnir. Drezdendə suyun səviyyəsi 9,4 metrə qədər yüksəlir.
14.10.2014