YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dinozavrların məhvi

Dinozavrlar təxminən 65 milyon il bundan əvvəl yox olmuşlar. Alimlər hesab edirlər ki, bir ərazidə sürətlə, digər ərazidə tədricən məhv olmuşlar. Bu prosesi öyrənməyə cəhd göstərən çoxlu fərziyyələr var. Onlardan hansının doğru olduğu hələki məlum deyil.


Günahkar meteorit


İrəli sürülən əsas fərziyyələrdən birinə əsasən nəhəng daş meteorit Yerlə toqquşmuşdur. Bu toqquşma nəticəsində havaya qalxan sıx toz buludları Günəşdən gələn işığın və hərarətin qarşısını kəsmişdir. Nəticədə uzunmüddətli soyuma dövrü başlamış, buna uyğunlaşa bilməyən heyvanlar məhv olmuşlar. Bu güclü zərbədən əmələ gələ biləcək nəhəng krater Meksikanın sahilində müəyyən olunmuşdur. Bu, dinozavrların meteorit düşməsi nəticsində məhv olması fərziyyəsini təsdiq edir.


Yumurtaları yeyirdilər


Dinozavrların məhv olmasının səbəblərindən biri də odur ki, həmin vaxt artıq külli miqdarda kiçik məməlilər əmələ gəlmişdir. Onlar dinozavrların yumurtalarını kütləvi sürətdə yeyib məhv edirdilər, ona görə də nəsil azalırdı. Çoxlu sayda başqa mülahizələr də var. 


Bitkilərin dəyişməsi


Dinozavrların və digər heyvanların məhv olması prosesini mərhələlərə bölmək olar. Dinozavrlar erasının sonuna yaxın Şimali Amerikada iqlim dəyişir. Tropik iqlim soyuqlaşır. İlin mövsümlərinin sərhədləri dəqiqləşir. Tropik bitkilər adi meşə bitkiləri ilə qarışır. Dinozavrlar cənuba köçməyə məcbur olurlar. Bəlkə də onlar bitki dəyişikliyinə uyğunlaşa bilməmişlər. 


Başqa kütləvi ölümlər


Dinozavrlar erasının sonu heç də birinci kütləvi heyvan qırğını dövrü olmamışdır. Təxminən 440 milyon il əvvəl Yer kürəsindəki heyvanların, demək olar ki, yarısı məhv olmuşdur. Belə hal 370 milyon il əvvəl də təkrar olunmuşdur. Təqribən 345 milyon il əvvəl Yer kürəsindəki canlı orqanizmlərin 95 faizi məhv olmuşdur. 230 milyon il bundan əvvəl perm dövrünün sonunda isə Yerdəki sürünənlərin bir çoxu ölmüşdür. 


Vulkanların təsiri


Bitki qalıqlarının öyrənilməsi göstərir ki, 65 milyon il bundan əvvəl Yerin iqlimi soyumuşdur. Bəzi alimlər belə hesab edirlər ki, buna səbəb vulkanlar olmuşdur. Təxminən yarım milyon il ərzində güclü vulkan püskürmələri qazları və tozu havaya qaldırırdı. Bu isə əvvəlcə atmosferin qızmasına, sonra isə soyumasına, beləliklə də heyvanların məhvinə səbəb ola bilərdi. 


Dinozavrları yox olanlar


Dinozavrlarla birlikdə bir çox sürünənlər, o cümlədən mezozavrlar, pleziozavrlar, pterozavrlar, həmçinin ammonitlər kimi molyusklar da məhv olmuşlar. Ancaq bir çox bitki, heyvan növləri, o cümlədən məməlilər, quşlar, qurbağalar, balıqlar və müxtəlif molyusklar sağ qala bilmişlər. Sürünənlərin də hamısı məhv olmamışdır. Tısbağa, timsah, ilan, kərtənkələ kimilər hələ də yaşayırlar.