Maraqlı kəşflər
1. 1280 - İlk eynək İtaliyada yaradıldı.
2. 1450 - Johannes Gutenbergin nəşr maşınları kitab istehsalında yeni dövr açdı. Bunun nəticəsində yeni icadlar haqqındakı məlumatların yayılması sürətləndi.
3. 1453 - Copernicus, planetlərin Dünyanın ətrafında deyil, Günəşin ətrafında döndüyünü ortaya atan kəşfini yayımladı.
4. 1592 - Galileo, cisimləri 30 dəfə böyüdən bir teleskop yaratdı.
5. 1614 - Şotlandiyalı riyaziyyatçı John Napier logaritma xətkeş icad etdi.
6. 1622 - Blaise Paskal, atasının vergi hesablarında istifadə etməsi üçün bir toplama maşını icad etdi.
7. 1643 - Evangelista Torricelli, hava təzyiqini ölçmək üçün indi civəli barometr deyilən cihazı icad etdi.
8. 1656 - Christian Huygens, Galileonun fikirlərinə söykənən həssas bir rəqqaslı saat hazırladı.
9. 1668 - Isaac Newton ilk aynalı teleskopu yaratdı.
10. 1682 - Edmond Halley, daha sonra öz adıyla xatırlanacaq bir quyruqlu ulduzun orbitini çəkib yayımladı.
11. 1698 - Thomas Saweryin yaratdığı ilk buxar maşınını, su altında qalan mədənlərdəki suyu çölə nasosla vurmada istifadə edildi.
12. 1752 - Benjamin Franklin, ildırımın elektrikdən qaynaqlandığını sübut etdi.
14.1783 - Marquis de Jouffroy d'Abbans ilk buxarlı gəmini üzdürdü.
15. 1783 - Montgolfier Qardaşlar bir isti hava şarını müvəffəqiyyətlə uçurdu.
16. 1789 - Lavoisierin, 33 elementi sıraladığı və bu elementlərin adlandırılması ilə əlaqədar müasir sistemi təqdim etdiyi "Kimyəvi Adlandırma Üsulu" nümayiş olundu.
17. 1796 - Edward Jenner, bir uşağı çiçək xəstəliyinə qarşı peyvənd etdi.
18. 1799 - Alessandro Volta, ilk elektrik batareyasını yaratdı.
19. 1801 - İlk dənizaltılardan olan Nautilus ilk səfərini tamamladı.
20. 1804 - Richard Trevithick relslər üzərində gedən ilk buxarlı lokomotivi yaratdı.
21. 1814 - Friedrich König əllə işləyən mətbəədən çox daha sürətli olan buxarlı mətbəəni yaratdı.
22. 1819 - Augustus Siebe təzyiqli bir dalğıc paltarı hazırlayaraq insanların daha dərinlərə dala bilməsini təmin etdi.
23. 1820 - Hans Oersted, elektrik cərəyanının kompasın iynəsi üzərində maqnetik təsir yaratdığını sübut etdi.
24. 1826 - Fransız fiziki Cozef Niepce tarixdəki ilk fotoşəkili çəkdi.
25. 1829 - Corc Stephenson, ən yaxşı buxarlı lokomotiv hazırlama yarışmasını qazandı. Rocket adlı bir lokomotiv yaratdı.
26. 1830 - İlk tikiş maşını Fransız dərzi Barthelemy Thimonnier tərəfindən hazırlandı.
27. 1837 - Isambard Kingdom Brunel, ilk qitələr arası buxarlı gəmini üzdürdü.
28. 1926 - John Logie Baird ilk televiziya görünüşünü müvəffəqiyyətlə çatdırdı.
29. 1926 - Robert Goddard ilk maye yanacaqlı roketi atdı.
30. 1926 - ABŞ-lı Professor Robert Hutchinson Goddard ilk maye yanacaqlı roketi inkişaf etdirdi. Qaz və maye oksigenlə işləyən roket, 12,5 metr yüksəkliyə çıxdı və 56 metr yol keçdi.
31. 1933 - İki Alman elm adamı Max Kroll və Ernst Ruska elektron mikroskopunu yaratdı.
32. 1935 - Alman şirkəti AEG, səsi yazmaq üçün plastik maqnetik maqnitofon bantını inkişaf etdirdi.
33. 1938 - Amerikalı Chester Carlson ilk fotokopiya maşınını icad etdi.
34. 1939 - İgor Shikorsky adlı bir Rus mühəndis tərəfindən ilk vertolyot yaradıldı.
35. 1945 - Amerikalı ixtiraçı Percy Spencer, ilk mikrodalğalı sobanı hazırlayaraq patentini aldı.
36. 1946 - John Mauchy və John Eckertin inkişaf etdirdiyi, Amerikanın ilk elektronik kompüteri ENIAC xalqa təqdim edildi
37. 1947 - Edwin Land bir dəqiqədən az bir müddətdə qara ağ fotoşəkil çıxaran polaroid maşını icad etdi.
38. 1953 - Francis Crick ilə James Watson DNT molekulunun quruluşunu kəşf etdi.
39. 1957 - Sovetlər Birliyi tərəfindən Dünyanın ətrafında dönən insan istehsalı ilk cisim Sputnik I atıldı.
40. 1960 - Theodore Maiman ilk lazeri yaratdı.
41. 1962 - Telefon danışmalarının yanında canlı televiziya görünüşlərini də çatdıran Telstar adlı peyki atıldı.
42. 1982 - Philips və Sony şirkətləri yığcam diski yaratdı.
43. 1987 - İlk ədədi səs bantları (DAT) çıxarıldı.
44. 1990 - Yüksək dəqiqlikdə televiziya (HDTV) nəşri ilk dəfə edildi.
08.09.2021