YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Palma

Vətəni isti ölkələr olan palma ağacının bir neçə növü var. Bəzi növlərinin, xüsusilə xurma palmasının gövdəsində nişastalı kütlə var. Əgər gövdənin içindəki bu kütləni xırdalayıb yusaq un alınar. İndoneziya və Melaneziyada milyonlarla adam saqo palmasından alınan undan qida kimi istifadə etməklə dolanır. Bitki mumu verən palmalar da var. Xurma palmasının şirin meyvələri olur.; Ərəbistan və Şimali Afrika vahələrində xurma insanların əsas qidasıdır. Qaramalı isə xırda xurmalar və onların çəyirdəkləri ilə yemləyirlər.


Xurma həmişə insanların “çörəyi” olmuşdur. Onu yeyir, ondan yağ və qənd hazırlayırlar. Okeaniya adalarında əhali kokos palmasının meyvəsindən istifadə edir. Onun kal meyvəsinin içində susuzluğu yatıran ləzzətli kokos südü- meyxoş şirə olur. Heç bir palma kokos palması kimi  insanlara xeyir vermir. Onu nahaq yerə palmaların şahı adlandırmırlar. Adamlar onun gövdəsindən qayıq, budaqlarından dor ağacı və gəmi üçün digər hissələr düzəldirlər. Uzunluğu yeddi metrə çatan yarpaqları ilə komaların üstünü örtürlər. Yetişmiş qozunun lifli örtüyündən davamlı kəndir, həsir süpürgə düzəldirlər. Belə lifli örtük koyr adlanır. Nəhəng çiçəklərindən şərbət, qənd, şərab hazırlayırlar. 


Lakin kokos palmasının ən dəyərli hissəsi onun qozlarıdır. Qozlar yetişəndə onun kopra adlanan süd kimi ağ ləpəsi olur. Kopradan ətirli kokos yağı alınır. Bu yağ dünyanın bir çox ölkəsinə ixrac edilir. Kokos palması Hindistanda, Afrikada, Cənubi Amerikada, İndoneziyada bitir. 


Azərbaycanın park və bağlarında traxikarpus və xamerops, həmçinin Kanar və Vaşinqton palmaları becərilir.