YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Suzanbağı, nilufər

Göllərdə iki gözəl bitki var, suzanbağı və nilufər. Onların yarpaqları da oxşardır, kökləri də. Çiçəklənmədən sonra onların küpələri qalır. Küpələrin içində toxum olur.


Bahar qurtarır. Yayın gəlməsinə lap az qalır. Bu vaxt suyun üzündə suzanbağının nəlbəkiyə oxşar yaşıl yarpaqları görünür. Bir müddət müşahidə aparın. Görəcəksiniz ki, yarpaqların ardınca möhkəm yaşıl qönçələr baş qaldırır.


Bir-iki gün də gözləyin. Bir gün səhər-səhər ağ suzanbağı çiçək açacaq. Çiçək birdən-birə açılmır. Əvvəlcə çiçəyin yaşıl ləçəkləri- kasa yarpaqları aralanır. Sonar yavaş-yavaş, lap nağıllardakı kimi, bir-birinin ardınca ağ ləçəklər açılır.


Tünd rəngli suyun üzərində çiçək çox gözəl görünür. Ona baxanda adamın gözü qabağına qədim əfsanələrdəki gözəl pəri gəlir.


Hər gün suzanbağına fikir verin.


Səhərlər onun açılan vaxtını, axşamlar isə yumulan vaxtını müşahidə edin.


Suzanbağı çiçəyinin hər gün eyni saatda açıb, eyni saatda da yumulduğunu görəcəksiniz.


Payız gələndə yarpaqlar suyun dibinə çökəcək. Suzanbağından təkcə qonur rəngdə küpələr qalacaq. Külək və dalğalar bu küpələri ora-bura çırpacaq. Onlar açılacaq, toxumlar suya dağılacaq. Quşlar toxumları başqa-başqa yerlərə daşıyacaq. Bir müddət keçəcək, uşaqlar yayın əvvəllərində çaylarda, göllərdə ağ suzanbağının sehrli parıltısını, sarı suzanbağının əlvan işıltısını görəcəklər.