YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Polis

Polis yunan sözüdür. Mənası şəhər-dövlət deməkdir.

 

Belə ki, Qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət idi. Bu dövlətlərin özünəməxsus sosial- iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdir. Əkinçilər və tacirlər də buraya daxil idilər.

Şəhərlərdə hakimiyyət ağsaqqalar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi.

 

Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas silkə-aristokratlara, demokratlara və oliqarxiyaya ayrıldılar.

 

Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxiya isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin-şəhər–dövlətlərin varlığına son qoydular. Lakin şəhər-dövlətlərin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi polis termini də yaşadı. Amma, başqa mənada, dövlətin ictimai asayişə nəzarət üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkəsində tətbiq edildi.  Kommunist rejimi dövründə bu söz “milis” adı ilə əvəz olunmuşdu. Milis latınca “militia” sözündən olub ordu anlamını ifadə edir.

 

Hazırda dünyanın əksər ölkəsində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan orqanlar polis təşkilatları, orada xidmət edən şəxslər isə polis adlanır.