YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Sarıköynək

Sarıköynək qaratoyuq boydadır.

 

Çəkisi 70-90 qramdır. O həmişə sıx yarpaqların arasında gizlənir. Tüklərinin rəngi parlaq olduğundan tez gözə çarpır. Erkəklərinin rəngi qızılı-sarı, quyruğu qaradır, qara qanadlarının üzərində sarı ləkələri var. Sarıköynək öz yuvasını palıd və tozağacı meşələrində, ağacların bir-birindən aralı durduğu, günəş şüalarının yaxşı düşdüyü yerlərdə qurur. Bəzən çay kənarında da yaşayır. Balaca zənbilə oxşayan yuvasının içərisini mamır, yun, lələk ilə döşəyir və ora mayın axırında və ya iyunun əvvəllərində yumurta qoyur. 13-15 gün kürt yatır. 14-17 gündən sonra balalar yuvadan çıxırlar.


Sarıköynək yaxşı oxuması ilə yanaşı, həm də faydalı quşdur. O, meşələrə zərər verən tırtılları, hörümçəkləri, cücüləri və s. yeməklə böyük xeyir verir. Sarıköynəklər Avropada, Asiyada, Monqolustan və Çində, Sibirin meşə zonasında yayılmışdır. Afrikanın şimalında da yuva qurur. Mərkəzi və Cənubi Afrikada, Madaqaskarda, Hindistanda və Şri-Lankada da qışlayır. Respublikamızın meşələrinə, əsasən, aprelin axırında uçub gəlirlər.