YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Səttar Xan

1905-11-ci illər İran inqilabının və Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttar Xanın adı tariximizə qızıl hərflərlə yazılmışdır.

 

Səttar xan 1867-ci il avqustun 16-da Cənubi Azərbaycanın Qaradağ vilayətinin Məmmədxanlı (indiki Mincivan) mahalında kəndli ailəsində anadan olmuşdur. Ağır kəndli əməyinin acısı, zəhmətkeş xalqın ağır güzəranı, varlıların özbaşınalığı hələ erkən yaşlarından Səttarda zülm və istibdada qarşı nifrət oyatmışdı.

 

Ümumiyyətlə, Səttargilin ailəsində şah üsuli-idarəsi əleyhinə çıxan mücahidlərə böyük hüsn-rəğbət vardı. Bir dəfə-o vaxt Səttarın 15-16 yaşı ancaq olardı- feodal hakim dairələrinə qarşı kortəbii mübarizə başçılarından birinə sığınacaq vermələri üstündə böyük qardaşı İsmayıl və Səttar edilmiş, qandallanaraq Təbrizə göndərilmişdilər. Bu, Səttarın həyat yolunun müəyyənləşməsində az rol oynamadı. İkinci dəfə Səttar 19-cu əsrin 80-ci illərinin əvvəllərində həbs olunmuş və Ərdəbil həbsxanasına salınmışdı. Az keçməmiş, o, buradan qaçmış, Culfa-Təbriz boyunca xanlara və bəylərə dinclik verməyən partizanlara başçılıq etmişdi. Qardaşı İsmayıl edam olunduqdan sonra gənc Səttar öz taleyini qəti olaraq zəhmətkeş xalqın azadlığı uğrunda mübarizəsi ilə bağlıamış oldu.

 

1905-ci ildə İranda və Cənubi Azərbaycanda baş qaldırmış inqilabi hərəkat Səttara böyük təsir göstərdi. Səttar özünü inqilab alovları içərisinə atdı. Döyüşlərdə göstərdiiyi qəhrəmanlıq və bacarığı ona xalq içərisində böyük şöhrət qazandırdı. İnqilab nəticəsində Güney Azərbaycanda hakimiyyəti ələ almış Təbriz Əncüməni Səttarı xalq polisinin komandirlərindən biri təyin etdi. 19008-ci il iyunun 17-də Səttar xan və onun yaxın silahdaşı Bağır xanın dəstələri Tehran inqilabına kömək üçün yola düşdülər. Lakin iyunun 23-də Tehranda baş vermiş əksinqilabi çevrilişdən sonra yerli irticaçıların Təbriz mücahidlərinə qarşı hücumu onların geri qayıtmağa məcbur etdi.

 

Bir sıra yerlərdə artıq ağ bayraqlar qaldırılmışdı. Səttar xanın Təbrizə gəlişi inqilabçılara yeni ruh verdi. Səttarın yaşadığı Əmirəqız məhəlləsində, kişili- qadınlı hamı ayağa qalxdı. Başda Səttar xan olmaqla Təbriz mücahidləri təşkilatının fədakarlığı sayəsində Cənubi Azərbaycanda inqilab özünü qoruyub saxlaya bildi. Bu mühüm qələbədən sonra xalq Səttar xana “sərdari milli” –millətin sərkərdəsi adı verdi. Səttarxan inqilabi qoşunların başçısı təyin olundu. Sonradan Səttar xan və Bağır xan üçün xatirə günü təsis olundu və onların şəkli təsvir olunmuş medallar buraxıldı. Xalq kütlələrinin köməyi ilə az sonra Səttar xanın dəstələri Culfa yolunu düşməndən təmizlədilər.

 

Həmin dövrdə Təbrizdə buraxılan intibahnamələrdən birində deyilirdi ki, Səttar xan və Cənubi Azərbaycanın əhalisi bütün İran üçün azadlıq və konstitusiya uğrunda mübarizə aparırlar. Səttar xanın şaha göndərdiyi ultimatumda məclisin (parlamentin) bərpa edilməsi, konstitusiya azadlıqları uğrunda çarpışanlara amnistiya, xalqa söz, yığıncaq və mətbuat azadlığı verilməsi tələb olunurdu. Nəhayət, 1909-cu ilin aprelində Məhəmmədəli şah Qacar Səttar xanla danışıqlara başlamağa məcbur oldu. Şah sarayından məclisin və konstitusiyanın tezliklə bərpa ediləcəyi barədə vədlər yağdırılmağa başlandı. Səttar xan bildirdi ki, vədə əməl olunsa silahı yerə qoyacaq.

 

Səttar xanın adına İranın hər yerindən, eləcə də xarici ölkələrdən təbrik teleqramları gəlirdi. Şairlərdən biri “Tərəqqi” qəzetində dərc etdirdiyi şerində yazırdı ki, İran üçün Səttar xandan yaxşı hökmdar ola bilməz. Mirzə Ələkbər sabir “Səttar xan” şerində onun  milli qeyrətinə və qəhrəmanlığına yüksək qiymət verirdi. Peterburqdan alınan bir teleqramda deyilirdi: “Rusiyanın tələbələri uzun əsrlər boyu şir və günəş ölkəsinin səmasını bürümüş qara buludları dağıdan Səttar xana salam göndərirlər. Qoy İrana azadlıq gətirən qələbə həmişə sənin tərəfində olsun!” 1909-cu ildə şah konstitusiyanı bərpa etməyə məcbur oldu. Məhəmmədəli şah azyaşlı oğlunun xeyrinə taxt-tacdan əl çəkib xaricə qaçdı. 1910-cu ilin martında Tehran höküməti Səttar xanla Bağır xanı paytaxta dəvət etdi. Səttar xan könülsüz də olsa kiçik bir dəstə ilə yola düzəldi. 1910-cu il aprelin 15-də bütün Tehran əhalisi Səttar xanı qarşılamağa çıxmışdı. İzdiham Səttar xanı əlləri üstünə qaldırıb Zəfər tağının altından keçirtdi. Lakin irtica qüvvələri ilə əlbir olmuş hökumət Səttar xana sui-qəsd hazırlamışdı. Avqustun 7-də hökumət qoşunları xəyanətə əl ataraq qəfil hücumla fədai(azadlıq uğrunda mübarizə aparan) dəstələrini tərksilah etdilər. Atışma zamanı Səttar xan ağır yaralandı. Tehranın Atabəy parkında baş verən bu xəyanət nəinki Cənubi Azərbaycanı, bütün İranı sarsıtdı. Azərbaycan xalqının böyük oğlu, Avropada “İranın Hannibalı” kimi ad çıxarmış Səttar xan 1914-cü il noyabrın 9-da əbədi olaraq gözlərini yumdu. Onun ölümü ümumxalq matəminə çevrildi. İgid ölər, adı qalar... Böyük sərkərdə Səttar xanın adı da işıqlı əməlləri kimi həmişə azadlıq rəmzi olaraq Azərbaycan xalqının ürəyində yaşayacaqdır. Onun mərd obrazı bir çox bədii əsərlərdə canlandırılmışdır.

 

Səttar xan Tehranın Şah Əbdüləzim qəbiristanında dəfn edilmişdi. Qəbrin üzərində uca sinədaşı və başdaşı qoyulmuşdu. Sonralar Şah Əbdüləzim kompleksini abadlaşdırmaq adı altında Səttar xanın qəbirüstü abidəsini götürmüş, əvəzində kiçik bir yazılı mərmər lövhəni qəbir olan yerə qoymuşlar. Cənubi Azərbaycanda 1945-46-cı illərin milli azadlıq hərəkatı dövründə döyüşdə fərqlənənləri təltif etmək üçün Səttar xan medalı, hərəkatın ən fəal xadimləri üçün isə Səttar xan ordeni təsis olunmuşdu.